BolgeXeber.Com » Analitika » Abutalıbov AZAL prezidentindən xərac istədi-FOTO

Abutalıbov AZAL prezidentindən xərac istədi-FOTO

25-06-2014, 09:20
Oxunub: 3 297 Bakı meri turizm şirkətləri və aviakassalardan 1200 manat tələb edir; pulu verməyən firmaların reklam və tanıtım lövhələri sökülür...

Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən aviakassaların reklam lövhələri sökülür. “Yeni Müsavat”ın məlumatına görə, onlarla aviakassanın reklam və tanıtıdm xaraketrli lövhələrinin söklüməsi ilə bağlı qərarı Bakı Şəhər İcra Hakimiyəti verib.
Məsələ ilə bağlı S.Vurğun küçəsində reklam lövhələri sökülən bir neçə aviakassada olub, ətraflı məlumat almağa çalışdıq.

“Deyir 1200 manat ver, reklamı yerinə bağla...”

On ilə yaxındır ki, bilet satışı ilə məşğul olan İbrahim adlı sahibkarın sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən bu qərarı etirazla qarşılayıblar: “Bir neçə dəfə meriyada olduq. Hacıbala Abutalıbovun müavinləri bizimlə görüşdü. Onlar bildirdilər ki, guya reklam lövhələri vizual baxımdan şəhərin görünüşünə xələl gətirir. Biz də təkliflərimizi səsləndirdik. Bildirdik ki, bir-iki ay yerhaqqı almasınlar, həmin reklam lövhələrini yeniləri ilə əvəzləyək. Onlar razılaşmadılar və bildirdilər ki, 1200 manat müqabilində həmin reklam lövhələrini yerində saxlaya bilərlər. Belə başa düşdük ki, obyektlərimizdə aparılan söküntü işləri sırf pul yığmaq məqsədi ilədir. Şəhərin vizual görünüşü kimi bəhanələr boş şeydir”.

Meriyanın məktubunda deyilir...

Obyekt sahiblərinə Bakı Şəhər İcra Hakimiyətinin Reklam və İnformasiya İdarəsi tərəfindən göndərilən məktubda deyilir: “”Reklam haqqında" Azərbaycan Respublikası Qanununa, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna, ölkə prezidentinin 3 noyabr 2001-ci il tarixli 596 aylı fərmanı ilə təsdiq edilmiş “Reklam yayımının icazə (razılıq) verilməsi qayadaları”na, Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 92 nömrəli qərarına əsasən 3 gün müddətində obyektlərin reklam lövhələri sökülməlidir".

Meriyadan daxil olan məktubda vuruğlanır ki, reklam lövhələri qanunvericilik normalarına uğyun olmayan şirkət və firmalar İnzibati Xətalar Məcəlləsinin müaviq bəndlərinə əsasən cərimə olunacaqlar.

Ərazidə olarkən öyrəndik ki, sahibkarlara üç gün vaxt verilməsinə baxmayaraq, meriyanın müfəttişləri polis gücü ilə reklam lövhələrini sökdürüblər. Turizm firmalarının sahibləri bildirdilər ki, söküntü nəticəsində onlara xeyli miqdarda maddi ziyan dəyib. Qalib adlı firma rəhbəri dedi ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək: “2500 manata reklam lövhəsi yığdırmışam. Tələb edirlər ki, firmanın adı Azərbaycan dilində olmalıdır. Ona da ”hə" deyirik, amma bu onları yenə də qane etmir. Deyirlər həm cəriməni ödə, həm də 1200 manat birdəflik haqq ver, reklam lövhəsini yerinə bağla. Belə başa düşdüm ki, Hacıbala Abutalıbov qanunlardan öz cibi üçün necə lazımdır istifadə edir. Üstəlik, ödədiyimiz cərimə qarşılığında bizə hər hansı bir çek, sənəd verilmir. Yəni bu pullar dövlət büdcəsinə yox, birbaşa Bakı merinin cibinə gedir".

“Firmanın adını dəyişsək, batarıq”

Obyekt sahibləri Bakı merinə məsləhət gördülər ki, əgər dövlət dilinin təəssübkeşliyini çəkirsə, öncə şəhərin mərkəzində məmurların xarici addakı butiklərinin reklam lövhələrini sökdürsün: “Buna onun cəsarəti çatar? Əlbəttə ki, xeyr! Onlardan heç pul da tələb edə bilmir. Çünki hamısı nazir və komitə sədrlərinin mağazalarıdır. Bizə gələndə dövlət dili yada düşür. Adama deyərlər bəs bizə bu adla obyekt açmağa icazəni kim verib? Meriya özünün verdiyi qərarları nə səbəbdən qanunsuz hesab edir? Tələbimiz budur ki, Abutalıbov bizim bu suallarımızı cavablandırsın. Biz o pulu ona verməyəcəyik. Nə də firmanın adını dəyişdirməyəcəyik. Belə bir şey olsa batarıq. Xarici hotellərlə neçə illərdir əməkdaşlıq edirik. Müqavilələrimiz var, az-çox tanınırıq”.

“Administrasiyaya yürüş edəcəyik”

Obyekt sahibləri bildirdilər ki, məsələ ilə bağlı bir neçə dövlət orqanına rəsmi şəkildə məktub yazaraq müraciət ediblər. Həmin dövlət orqanlarından bir cavab almayan sahibkarlar dedilər ki, yaxın günlərdə Prezident Administrasiyasına yürüş edəcəklər. Onlar vuğruladılar ki, administrasiyada Hacıbala Abutalıbovun onlardan rüşvət istədiyini sənədlərlə sübut edib, prezident İlham Əliyevdən onu cəzalandırmasını xahiş edəcəklər.
Məlumat üçün qeyd edək ki, Səməd Vurğun küçəsində yerləşən aviakassaların əksəriyyəti AZAL prezidenti Cahangir Əsgərova məxsusdur. Aviakassaların əksəriyyətinin yerhaqqı, vergi və digər maliyyə məsələləri AZAL tərəfindən həll olunur.