Qobustan rayon Maliyyə İdarəsinin rəisinə “dur” deyən tapılmır
11-08-2014, 19:35
Oxunub: 5 364
Məsələ o həddə çatıb ki, istənilən təşkilata təmir üçün ayrılan vəsaitin verilməsində güzəşt yoxdur
Qobustan rayonu üzrə Maliyyə İdarəsindən təşkilatlara çətinlik yaradılır. Səbəb kimi rayon Maliyyə İdarəsinin rəisi Nuru müəllimin təşkilat rəhbərlərindən pul istəməsidir. Belə ki, hər ayın axırında aylıq məvaciblərlə bağlı ayrılan dövlət vəsaitindən ən azı 10% Nuru müəllimə rüşvət formasında verilməlidir. Bolgexeber.com-a verilən məumata görə hansı büdcə təşkilatının aylıq dövriyyəsi çoxdur, həmin təşkilatın rəhbəri ayrılan vəsaitin 8%-ni maliyyədə saxlamalıdır. Bütün bunlar Qobustan rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nuru müəllim tərəfindən yazılmamış qanundur. Hansı təşkilatın rəhbəri vaxtında əmək haqqı, təmir, təşkilati avadanlıqlarının alınmasını istəyirsə, mütləqdir ki, ayrılan vəsaitin 12%-ni Nuru müəllimə versin. Əks təqdirdə, get-gəl, süründürməçilik kimi birokratik əngəl ilə üz-üzə qalmalıdır.
Bolgexeber.com xəbər verir ki, mənbənin bildirdiyinə görə hazırda bu şəkildə işləyə bilməyəcək idarə rəhbərləri hesab edirlər ki, maliyyədə saxlanılan 10% vəsaitin 120-150 manat məvacib alan işçidən saxlanılması mümkünsüzdür. Digər tərəfdən, məvaciblərin kart sisteminə keçməsi təmin olunub. Heç kimə demək olmaz ki, məvacibindən 10% geri ver. Hətta, məsələ o həddə çatıb ki, istənilən təşkilata təmir üçün ayrılan vəsaitin verilməsində güzəşt yoxdur. Mütləqdir ki, 12%-indən keçəsən. Belə hallara görə işləmək mümkün deyil. Rayonda neçə belə təşkilat rəhbəri məsuliyyətdən yan olmaq üçün işini itirib. Rayon Maliyyə İdarəsinin rəisi isə neçə illərdir ki, bu kimi qanuna zidd əməllərini davam etdirir. Onun bu hərəkətlərinə isə “dur” deyən tapılmır.
Korrupsiyaya qarşı mübarizə kimin üçün aparılır, niyə bunun fərqinə varılmır? Görünən odur ki, Nuru müəllim işləyir.Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər