BolgeXeber.Com » Analitika » Daşınmaz əmlakın korrupsioner oğlu

Daşınmaz əmlakın korrupsioner oğlu

14-08-2014, 11:00
Oxunub: 5 170 15 saylı Ərazi İdarəsində inanılmaz talan

Son günlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində baş verən korrupsiya və rüşvətxorluq haqqında yazıların ardı-arası kəsilmir. Burada nazir Kərəm Həsənovun adı daha çox hallanır. Əlbəttə, bu məsələnin yalan və doğruluğunu hardasa araşdırma aprmış, müəyyən dərəcədə dəlil və sübutlara istinad edən məqalə müəllifləri daha yaxşı bilir. Deyilənlərin Kərəm Həsənovda cəmləşməsi, görünür onun ərazilərdə çalışan rəislərin əllərinin çirkaba bulaşması, eyni zamanda nazirin deyilənlərə reaksiyasızlığından meydana gəlir.
Bolgexeber.com-a daxil olan məlumata görə sözügedən sahədən ən çox şikayət olunan tərəf müqabilindən biri də AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsidir. İdarədə tez-tez rəis dəyişkənliyi aparılsa da, buradakı kadrların köhnəliyi, “çoxbilmişliyi” yenə ab-havanın dəyişilməməsinə gətirib çıxarır. Həmin ərazidə yaşayan insanların fiklirlərinə əsasən demək mümkündür ki, 15 saylı ərazi idarəsinin qeydiyyat şöbəsinin müdiri Murad Alıyev ərazi idarəsində böyük bəladır. Vaxtı ilə Qazaxda daş karxanasında fəaliyyət göstərən, xalqa məxsus dövlət əmlakını talayan Murad Alıyev indi də 15 saylı ərazi idarəsinin ən “aparıcı” kadrıdır. Kimin düzəlməyən işi olanda Murad Alıyevi görməsi kifayət edir. Onun saxta yollarla sənədlərdə apardığı düzəlişlərdən gələn çirkli pullar ailə büdcəsini hədsiz şişirdib. Bunun nəticəsidir ki, Murad Alıyev bu gün ən bahalı maşına, müxtəlif yerlərdə əmlaka, hər yay tanınmış xarici istirahət mərkəzlərində hər cür keflərə nail olub. Elə bu günlərdə 1 aydan artıq xarici ölkədə istirahətdən qayıdan Murad Alıyev düzəlməyən saxta sənədləri öz mənfəəti üçün “düz-qoş” etməkdədir. Ərazinin rəisi ilə ciddi maxinasiyalarla məşğul olan Murad Alıyevi çoxları onu hər yerə barmağı girən adam kimi tanıyırlar. Köhnə sovet adamı kimi tanınan bu şəxsin özbaşınalıqları haqqında ictimaiyyət yaxşı bilir. Onu da qeyd edək ki, bu yaxınlarda Murad Alıyevin komitədə işləyən qardaşı Tahir Alıyev də belə işlərinin üstündə haqlı olaraq vəzifəsindən kənarlaşdırılmışdı. Alınan məlumata görə, o, birbaşa qardaşının havadarı imiş. Hər işi ona arxayın olmaqla görürmüş.
Murad Alıyev həmişə ona fayda gətirən işlərə canyanğısı ilə yanaşsa da, bəzən qüsursuz sənədlərin qeydiyyatını aparmaqda süründürməçiliyə yol verir. Sahibkarları və digər adda ona müraciət edənləri aldatmaqla, onlara yalan danışmaq Murad Alıyevin əsas xüsusiyyətlərinə çevrilib. İşə baxın ki, Murada məxsus 051 460 31 23 və 050 240 93 40 mobil nömrələri onu axtaranların üzünə bağlı qalıb. Onun hansı nömrədə olmasını yalnız ona xeyir gətirənlər bilir... Gündə bir mobil nömrə dəyişən Murad Alıyevin psixoloji xarakteri haqqında Əstəğfürullah, heç Allah da baş açmaz! O da bildirilir ki, Muradın vətəndaşlardan gizlənməsinin əsas səbəbi verdiyi sözə əməl etməməsi və bərk yalan danışması kimi düşünülür. Dogurdan da, əgər təmizsənsə, əlaqə telefonları niyə bağlı olmalıdır, və yaxud “gizli kəşfiyyata” keçmisənsə bu başqa məsələ. Bəli, indi görün, dövlət kimlərlə işləyir, kimlərə stul tapşırıb?
Əmlak Komitəsində belələrinin, yəni Murad Alıyev kimilərinin vəzifə səhənkarlığı, şəxsi mənafeyi naminə çalışması, vətəndaşları dövlətdən narazı salması, qatı rüşvətxorluğa yuvarlanması, ümumilikdə müsbət tərəfə görülmüş işlərə də kölgə salır.
Yəqin ki, bu məsələ haqqında da düşünməyin vaxtı çoxdan çatıb.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com