BolgeXeber.Com » Analitika » Yağ-Piy ASC-də yalanların yağ kimi getdiyi iddia olunur...

Yağ-Piy ASC-də yalanların yağ kimi getdiyi iddia olunur...

20-09-2014, 15:05
Oxunub: 4 268 Qanpulu verməkdən imtina edənləri siz də tanıyın...

Cəlilabad şəhər Azərbaycan küçəsi 29/20-də yaşayan Qədirov Rafiq Rza oğlu tərəfindən Moderator.az-a şikayət məktubu daxil olub. Məktubda deyilir:
"Sizə müraciət etməyimə səbəb odur ki, atam Qədirov Rza Təvəkkül oğlu 1993-cü ildə Əli-bayramlı (Şirvan) Yağ-Piy ASC –də (indiki MKT-IK MMC-nin Şirvan filialı) işlədiyi sexdə faciəli surətdə həlak olmuşdur. Həmin vaxtda atamın himayəsində bir azyaşlı bacım və 3 nəvəsi var idi. Həmin nəvələrinin 2-si şəhid qardaşım Qədirov Mirzəxan Rza oğlunun övladları idi, 3-cü uşasa mərhum qardaşım Məzahir Qədirovun idi və mən özüm də 2-ci qrup əliləm.
Yuxarıda göstərilən şəxslər müəyyən yaşa qədər atamın iş üstündə vəfat etməsi ilə əlaqədar müavinət alırdılar.Lakin həmin müavinəti alan uşaqlardan biri Qədirli Ceyhun Məzahir oğlu ali məktəbə qəbul oldu, qanunla C. Qədirli ali məktəbi bitrənədək həmin müavinəti almalı idi. Cavabdeh təşkilat atamın qan pulunu 2009-cu ilin yanvar ayından iddiaçıya, yəni bizim ailəyə məlumat vermədən dayandırmişdır.Bu hissəsini qısa məlumat verəcəm.Həmin işlə əlaqədar Şirvan şəhər məhkəməsinə müraciət etdik, qətnamə qəbul edildi ki,bədbəxt hadisə nəticəsində Şirvan Yağ-Piy ASC ( indiki MKT_İK MMC-nin Şirvan filial)-da həlak olmuş R. Qədirovun nəvəsi Qədirli Ceyhun Məzahir oğluna mərhumun aylıq ödənişi ali məktəbi bitirənədək və 23 yaşına kimi ödənilsin.Həmin Qətnaməni Şirvan Apelliyasiya Məhkəməsi və Ali Məhkəmə qüvvədə saxladı.Sonradan mənim tərəfimdən həmin ödənişin hesablanmasına dair Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim və onlar tərəfindən cavabdeh təşkilatda illər üzrə C. Qədirliyə çatacaq müavinətin hesablanılması üçün göstəriş verildi.Eləcə də cavabdeh təşkilat tərəfindən 01.01.2009-cu il tarixdən 01.07.2014-cü il tarixə kimi C. Qədirliyə çatacaq müavinət hesablanaraq müəyyən edildi ki,2014-cü ilin iyul ayının 1-nədək olan məbləğ hesablandı və bu barədə də 11 saylı regional DƏMX-nə rəsmi məktubda veriblər ki,müəssə tərəfindən bu borc tez bir müddətdə ödəniləcək. Amma bu günə kimi min cür bəhanələr gətirərək ödəməkdən imtina edirlər.
MKT-İK MMC-nin baş direktoru Eldəniz Quliyev və MKT-İK MMC-nin Şirvan Filialının direktoru Tahir Ağayev bildirir ki,bu işlərin başında çox böyük adam oturur və o deyir ki,bu pul heç vaxt ödənilməyəcək.Mən onlara sual verdim Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşları Azərbaycan Respublikasının bütün qanunlarına riayət etməyə borcludurlar.Bu rəhbərlər isə mənə belə cavab verdilər bizim “qlavar”ımız belə demir.
Hörmətli Media rəhbərləri, cavabdeh təşkilatın özünün tərəflərindən hesablanmış müavinətə dair məktubu da var.Əgər lazım olarsa təqdim edə bilərəm.
Hörmətli Media rəhbərləri!
Bu təşkilat nə mənim atamın o müəssisədə faciəli surətdə yanaraq həlak olmasına, nə Şəhid ailəsi olmağımıza, nə də ki,Azərbaycan Respublikasının qanunlarına açıq şəkildə hormət etmir.Odur ki, son ümidimiz olaraq Sizlərə inanırıq və səmimi müraciət edərək hal-hazırda iddia etdiyim MKT İK MMC –nə rəhbərlik edən bu işdə əli olan bütün rəhbər işçilərinin bizim ailəyə qarşı olan qanuna zidd hərəkətlərinin qarşısının alınmasına dair və ciddi qanun pozuntusuna yol verdikləri üçün aidiyyatı orqanların bilmələrindən ötəri öz saytınızda işıqlandırmağınızı və mənim qardaşım oğlu Qədirli Ceyhun Məzahir oğluna babasi R.T. Qədirovun bədbaxt hadisə nəticəsində ölümünə görə ödəniləcək vəsaitin tez bir zamanda ödənilməsinə dair hansısa əlinizdən gələn köməkliyinizi əsirgəməməyinizi Sizdən Xahiş edirəm.
Bolgexeber.com