BolgeXeber.Com » Analitika » Polis təkcə cinayətkarlarla mübarizə aparmamalı, səkilərdə də vəziyyəti tənzimləməlidir
Polis təkcə cinayətkarlarla mübarizə aparmamalı, səkilərdə də vəziyyəti tənzimləməlidir
23-09-2014, 11:40
Oxunub: 5 155
Vətəndaşlar polisin gözünün qarşısında təsadüf nəticəsində hadisə yerində olan əməkdaşımıza nələri danışmadılar ki...
Azərbaycan Respublikasında yaşayıb hər şeyin gözəl olduğunu, hər şəraitin günü-gündən yaxşılaşdığını dilə gətirməyin kimlərə aid olmasını bilmək elə də çətin deyil. Sən deyə bilərsən ölkəmiz inkişaf edir, insanların həyat şəraiti yaxşılaşır, amma görəndə ki, xırda bir hadisə nəticəsində insanlar sağlamlığını itirir, ölür, şikəst olur. Onda budurmu inkişaf, sağlamlıq, həyat şəraitinin yaxşılaşması? Özbaşınalıq, qanunların işləməməsi, məmurların özlərinə sərf edən şəkildə bildiklərini etmələri vətəndaşları aldadıb heçə saymaları isə yavaş-yavaş narazılıqların sayını artırır. Nədən də olmasın? Çünki, vətəndaşlar onlar üçün nəzərdə tutulmuş səkilərdə artıq hərəkət etməkdən məhrum olublar. Məsələn, Nizami rayonu Qara Qarayev prospektində Polis İdarəsinin yaxınlığında yanvar ayında 15 nömrəli marşrut-avtobus təcili yardım maşınını vurdu. İnsanlar ora toplaşdı. Vətəndaşların köməyi ilə təcili yardım maşını aşmış vəziyyətindən qaldırıldı. Onda vətəndaşlar polisin gözünün qarşısında təsadüf nəticəsində hadisə yerində olan əməkdaşımıza nələri danışmadılar ki...
Orada yaxınlıqda yaşayan bir neçə vətəndaş açıqca bildirdilər ki, Polis İdarəsi Qara Qarayev prospektinin yaxınlığında yerləşir. Qara Qarayev prospekti, 31-də isə biabırçılıqdı. Prospekt boyu səkilər maşınlar tərəfindən zəbt edilərək ölüm təhlükəsi yaradır. Rayon Polis İdarəsinin məsul şəxsləri isə buna göz yumur. Kim düzəltməlidir mövcud vəziyyəti? Vətəndaşlar təbii ki, “polis əməkdaşları” deyərək səsləndi. Amma onlar da bu işin qabağında çox acizdir. O səbəbdən ki, Rayon Polis İdarəsinin 200 metrliyində şadlıq sarayında gecə saat 12 radələrində insanların rahatlığını pozan fişəng gurultusunun qarşısını hələ də ala bilmirlər. O cümlədən, Nizami rayonu Telefon Qovşağının qabağında hələ də piyada keçidi üçün işıqfor yoxdur. Elə bunun özü polislər üçün də problem yaradır. Onlar da sadə vətəndaşlar kimi yolu keçməkdə çətinlik çəkir. Hadisə yerinə yığılan vətəndaşlar bu kimi hadisələrin ölkə boyu cərəyan etdiyini, amma tədbir görülmədiyini bildirdilər.
Redaksiya olaraq bildiririk ki, hazırda səkilərin maşınlar tərəfindən zəbt edilərək insanlara təhlükə yaratması halı Şamaxinka dairsəində də mövcuddur.
İkram Məmmədli
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər