"AZAL" şefinin Londondakı biznesi
10-10-2014, 10:15
Oxunub: 3 933
Dövlətin pulları necə mənimsənilir...
Bir neçə gün öncə “AZAL”ın prezidenti Cahangir Əsgərovun qızı ilə bağlı məlumatın medianın gündəmini zəbt etməsi ictimaiyyətin diqqətini özünə cəlb edib.C.Əsgərovun adı müxtəlif qalmaqallarda hallansa da, biznes şəbəkəsini ictimaiyyətdən məharətlə gizlədə bilib. Qeyd edək ki, “Azal” prezidentinin qızı və kürəkəni bir neçə gün öncə paytaxt restoranlarından birinin açılışında iştirak edib. Paytaxt elitasının qatıldığı möhtəşəm açılış mərasiminə Cahangir Əsgərovun qızı ispan əsilli həyat yoldaşı ilə birgə qatılıb.
Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərovun Cəmilə və Mila adlı iki qızı var. Onların hər ikisi Londonda yaşayır və "Gazelli" kosmetika şirkətinin Londonda yerləşən baş ofisində çalışırlar. Şirkətin Azərbaycan üzrə işlərini isə Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva reallaşdırır. Cəmilə Əsgərova Gazelli Azerbaijan kosmetika şirkətinin təsisçisi və kreativ direktorudur. Onun ispan əsilli həyat yoldaşı Ignazio Coraci isə Azərbaycan Hava Yolları UK Limited şirkətinin katibidir. O, 2008-ci ildən etibarən burada çalışır. Cütlüyün Amadeo adlı oğlu var.
“Unikal”ın əldə etdiyi məlumata görə, Cahangir Əsgərov biznesinin əsas hissəsini ölkədən kənara daşıyıb. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, “Azal” prezidentinin əsas biznens şəbəkəsi Londondadır. Onun sözlərinə görə, hazırda Londondakı biznesə qızı Cəmilə Əsgərova nəzarət edir. “Məndə olan məlumata görə, Cahingir Əsgərovun həm satış, həm də xidmət sahələri üzrə böyük imkanlara malik biznes strukturları var. Qızı Cəmilə Əsgərova ümumi nəzarəti həyata keçirir. Hər bir sahə üzrə isə özlərinə yaxın şəxsləri rəhbər təyin ediblər. Dəqiq deyə bilməsəm də, təkcə Londondakı biznes şəbəkəsindən ildə milyonlarla avro gəlir əldə olunur”, - deyə mənbə fikrini tamamlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər