BolgeXeber.Com » Analitika » Qazaxda keçmiş 1-ci katibin ad gününün qeyd olunması böyük narazılıqla qarşılanıb

Qazaxda keçmiş 1-ci katibin ad gününün qeyd olunması böyük narazılıqla qarşılanıb

28-10-2014, 11:35
Oxunub: 5 886 “Qazaxın Pinoçetu” kimdir, kim olub?

Qazaxda sabiq rayon rəhbərlərindən birinin ad gününün qeyd olunması əməlli-başlı olaya çevrilib.Bolgexeber.com bildirir ki, hətta bu ad günü məsələsilə bağlı redaksiyamıza rayon sakinləri adından bir məqalə də göndərilib.
Məqalədə SSRİ dönəmində rayonun 1-ci katibi vəzifəsini tutmuş Aslan Süleymanov “Qazaxın Pinoçeti” kimi də təqdim olunur. Bolgexeber.com həmin məqaləni təqdim edirik:
“Azərbaycan tarixində adı ən zülmkar sabiq rayon partiya komitəsinin katibləri sırasına düşmüş Aslan Qurban oğlu Süleymanov 1980-ci illərdə Qazax Rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. Sovet rejiminin ən qorxunc ünsirlərini həyata keçirən bu şəxs Qazaxda hakimiyyəti dövründə ən qəddar insan kimi adını “ Gennesin rekordlar kitabına” qara hərflərlə yazdırmışdır. Perepiskanın dəbdə olduğu bir totalitar rejimdə Qazax vəzifəlilərinə onun göstərişi ilə saxta sənədlər imzalatdırılmış, sonda isə 500-dən çox günahsız adamlar ölümə və dustaqlıq həyatına məruz qalmışlar. Qazax rayonunda ona kömək edən və iş verənlərin, çox təəssüflər olsun ki, bu gün başları salamatdır.

Aslan Süleymanovun dövründə yaltaqlananlar, vəzifə xətrinə hər şeylərini ona qurban verənlər təbii ki, bu gün də belə bir insana ad günü keçirməkdə borclu qalıblar. Nə yaxşı ki, Aslan Süleymanova ad günü keçirən qazaxlıların rayonda 1 qara qəpiklik də nüfuzu yoxdur.

Əslən Xaçmazdan olan Aslan Süleymanovun 75 illiyinin keçirilməsi Qazaxda planlaşdırılsa da, rayonun kişilərinin təkidi ilə belə bir insanın ad gününün Qazaxda keçirilməsinə haqlı olaraq maneçilik törədilmişdir. Ad günü keçirənlər istiqamətlərini bu ilin oktyabr ayının 26-da Ağstafada, sabiq metropolitenin rəisi Tağı Əhmədova məxsus “Yaşıl Göl” ailəvi istirahət mərkəzinə salmışlar. Saat 13:00 – dan başlayan tədbir 18:00 – na kimi davam etmişdir. Mənbənin verdiyi məlumata görə, tədbirdə qeyd etdiyimiz kimi Qazaxa zülmdən başqa bir qara qəpik xeyir verməyənlər; Qazaxın sabiq icra başçısı, Əsəd Orucov, sabiq Qazax Rayon Sovetinin sədri Siyavuş Süleymanov, vaxtı ilə raykomun ümumi şöbə müdiri işləmiş, hazırda mərkəzi kolxoz bazarının müdiri Nazim Hadıyev, raykomda 1-ci müavin işləmiş “şirvan Mamed”, Ağstafadan xeyirə-şərə yaramayan Qabil Rəhimov, “Atçılıq” sovxozunun direktoru Zəlımxan Gülalıyev iştirak etmişlər.

Aslan Süleymanov əqidədə olan köhnə partokpratların hər birinin yekdil analizi Qazax ictimaiyyətinə yaxşı məlumdur:

Əsəd Orucov - O, icra hakimiyyəti işlədiyi dövrdə aparata savadsız və qabiliyyətsiz kadrlar axınının təşkilatçısı olmuş, dəyərli insanların üzünə adam qoydurmaqla dövlət rəhbərlərinin imicinə xələl gətirmişdir. Hətta, qardaşının ölümündən xəbəri olmayanları günahsız olaraq həbslərə saldırmış, gücü çatmayanlardan bəzilərini isə rayondan uzaqlaşdırmışdır. Qazaxda bir sıra yüksək vəzifələrdə işləmiş Arif Bayramovun üzünə adam qoyaraq həbsə məhkum etdirmiş, torpağını əlindən almış, övladlarını namussuzluğa cəlb etmişdir.

“Şirvan Mamed”- bu Aslan Süleymanovun görkəmcə zəif, lakin yalnız özünə işləyən kadrı olub. Onun dövründə Qazaxın Orta Salahlı kəndində sovxoz direktoru işləyərkən, sovxozda məsul vəzifələrdə işləyən Hafiz və Mustafa Fərzəliyevlər tutulduğu halda, “Şirvan Mamed” özünü salamat saxlaya bilmişdir. Yəni, bu adamın da Qazax üçün heç bir xeyiri olmayıb.

Nazim Hadıyev – Bu insanın heç zaman “mədəsi doymayıb”. Baxmayaraq ki, bütün rayon buna çalışıb. İşi, peşəsi kasıblıqdan danışmaq olub. Hazırda 20 ildən çoxdur ki, mərkəzi kolxoz bazarının direktoru olsa da, yenə dolana bilməməmkdən danışır.

Siyavuş Süleymanov – Bu Qazaxda rus təbiətli adam kimi tanınıb. Rayonda axırıncı rəhbər işi rayon sovetinin sədrliyi olub. Bir adamın da “şot”nu verməyib. Əvvəlcə yeməyə - içməyə iş düzəltsə də, son illərdə rüşvətə uyğunlaşıb. Nə xeyir verən olub, nə də ki, ziyan. Vəzifədə də təsadüfi adam olub.

Aslan Süleymanov Qazaxda işlədiyi müddətdə 120 vəzifəli şəxsi partiya sıralarından çıxararq, özlərini də həbs etdirib. Sovxoz direktorları Məhəd Süleymanov, Kəmaləddin Musayev, Fərhad Məmmədov, İmran Vəkilov, İsmayıl Hacıyev, Qoca Carçıyev, Vəli Orucov, Afiq Qurbanov, Vaqif Qasımov, Məmməd Qarayev, Vidadi Məmmədov və s. kimi dünyasını dəyişənlər söylənilənlərə əyani misaldır. Bu gün də haqq dünyasında yatan həmin şəxslərin övladları Aslan Süleymanova qarğışçıdırlar.

Qazaxa divan tutan belə bir “sima”ya Qzaxda onun kimi əqidədə olan insanlar tərəfindən ad günü keçirməsi birbaşa bağışlanılmaz günahdır. Onların bu addımı savab deyil, Allah qarşısında günahdır. Özü də Məhərrəmlik ayında...

İlham Hacalı ”

Yazıda adları keçən bütün şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...
Bolgexeber.com