BolgeXeber.Com » Analitika » Eldar Əzizov Heydər Parkını satışa çıxarıb?

Eldar Əzizov Heydər Parkını satışa çıxarıb?

4-11-2014, 10:50
Oxunub: 4 658 Şəhərdə «yeni ərazi»lər «kəşf» olunub

Sumqayıtdakı parkın səkiləri sökülərək irəli çəkilir, orada dükanlar tikilməsi nəzərdə tutulub. Sumqayıtda boş ərazi tapmaq müsibətə çevrilib. Keçmiş icra başçısı Vaqif Əliyev tərəfindən bütün ərazilərin saılmasından sonra şəhərə rəhbər təyin olunan Eldar Əzizov yeni «çıxış yolları» axtarır.
İcra başçısı böyük ərazilərdən məhrum olduğundan, bütün gücü kiçik torpaq sahələrinə verməyə başlayıb. Elə bu səbəbdən də onun müavinlərinin Sumqayıtda mütəmadi olaraq boş yer axtarışı apardıqları deyilir. Bu yaxınlarda isə şəhərdə «yeni ərazi»lər «kəşf» olunub.
Məlumatda deyilir ki, Eldar Əzizov şəhərin mərkəzində yerləşən Heydər Parkının səkilərini sökdürərək, onları bir qədər irəliyə çəkilməsi göstərişini verib. Çünki səkilərin irəli çəkilməsindən sonra orada kiçik həcmli dükanların tikilməsi mümkün olacaq. Gələn məlumatlara görə, artıq ərazi yerli tacirlərə təklif olunub. Və orada özünə dükan almaq istəyənlərin də sayının az olmadığı deyilir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bizixmeber.az