BolgeXeber.Com » Analitika » “Maqnit” mağazalar şəbəkəsində vətəndaşlar necə aldadılır? – ŞOK FIRILDAQ

“Maqnit” mağazalar şəbəkəsində vətəndaşlar necə aldadılır? – ŞOK FIRILDAQ

7-11-2014, 12:00
Oxunub: 10 168 “Express kredit” və “Maqnit” mağazalar şəbəkəsinin çağırışlarına şəhərdəki reklam lövhələrində və ya televiziyada hər gün rast gəlmək mümkündür

Bu reklam və elanları az qala hər addımbaşı gözə soxurlar. İlk baxışdan şərtlər çox cəlbedici və əlverişlidir, amma elə ilk baxışdan. Əslində isə…
Əslində isə durumun necə olmasını Xalq.az-ın əməkdaşları araşdırıb və həmin araşdırmanı təqdim edirik. Hər şeydən öncə qeyd edək ki, alıcıları cəlb etmək üçün şirkət yalançı təbliğat vasitələrindən ustalıqla yararlanır.
Məsələn, 100 manatlıq hansısa əşyanın ödənişini bir ilə bölərək real qiymətindən üç dəfə baha – 320 manata satırlar. Elə buradan da görünür ki, əhaliyə sərfəli şərtlərlə kredit təklif etdiklərini iddia edən bu şirkətlər sən demə, yalan danışırmış. Əslində “Maqnit” və “Express kredit” qiymətləri bazardakından daha yüksəkdir, şərtləri isə qətiyyən sərfəli deyil.
Bu şirkətlər vasitəsilə kredit əldə etmək istəyən hər kəs xırda bir araşdırma aparsa, banklar və mağazalar tərəfindən aldadıldığını görəcək. Reklamlarda ilkin ödənişsiz, hətta rayon qeydiyyatında olanlara belə kreditlə kompüter, soyuducu, qaz plitəsi, paltaryuyan maşın və başqa texniki avadanlıqlar vəd olunur. İlk baxışdan olduqca cəlbedici görünür və qulağa da xoş gəlir. Amma təəssüf ki, bu, sadəcə aldadıcı reklamdan başqa bir şey deyil.
Adıçəkilən kredit şirkətlərinin şəhərin müxtəlif yerlərində filialları fəaliyyət göstərir. Biz də yolumuzu metro yaxınlığındakı “Maqnit” və “Express kredit” mağazalarından saldıq. Satış meneceri ilə söhbətdən aydın oldu ki, şəxsiyyət vəsiqəsini təqdim etməklə buradan istənilən növ məişət əşyasını kreditlə əldə edə bilərik. Amma iş yerinin olması şərt imiş… İş yerindən arayış tələb edilməsə də çalışdığınız müəssisənin telefon nömrəsini mütləq verməlisiniz.
Özümüzü alıcı kimi təqdim edib kreditlə götürmək üçün bir kompüter seçdik. Və qiyməti vurub-çıxıb bizə son qiymət deyildi – 1120 manat… Kredit şirkətinə bu şərtlər daxilində 1 il ərzində hər ay 93 manat olmaqla pul ödənməlidir.
Mağazadan çıxandan sonra həmin kompüterin bazar qiymətləri ilə maraqlandıq. Məlum oldu ki, “HP” firmasının məhsulunun həmin çeşidinin qiyməti digər kompüter dükanlarında 600 manat arasında dəyişir. “Maqnit” və “Ekspress kredit” isə malı 900 manata təklif edir. Təbii olaraq da onun faizi 300 manat artmış olur.
Deməli, “Maqnit” mağazalar şəbəkəsi kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Onlar hansısa məhsulu kreditlə verərkən reklam lövhələrində göstərilən şərtlərlə bərabər digərlərini də irəli sürürlər. Kreditlər rayon qeydiyyatında olanlara yox, şəhər qeydiyyatlı şəxslərə verilir. Bundan başqa, müştəri kredit götürdüyü məhsul uçun 5 yaxın qoyum və qonşuların əlaqə vasitələrin iş yerlərin bildirməlidirlər . Bu isə əhalinin alıcılıq qabiliyyətinin zəif olmasından istifadə edən dükan sahiblərinin oyunlarından başqa bir şey deyil. Bu yolla əhali mebel satışından tutmuş blenderə qədər kredit götürür və artıq pul ödəyir.
Mövzuya qayıdacağıq.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq