800 neftçiyə “qara kağız” gəldi: “İxtisar olunursunuz”
10-11-2014, 14:10
Oxunub: 3 831
Dövlət Neft Şirkətinin idarə və zavodlarında ixtisarlarla bağlı işçilərə bildirişlər paylanıb.
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.
A.Quliyevin sözlərinə görə, son vaxtlar təmsil olunduğu təşkilata müraciətlər artıb: “Yeni ildən kütləvi ixtisarlar olacaq. Artıq Neft Emalı Zavodunda, “Neftqaztikintitresti”də işçilərə xəbərdarlıq bildirişləri paylanıb. İlkin olaraq zavod və digər müəssisələrdən 800 işçi ixtisara salınacaq. İxtisarlar gələn ildən aparılacaq”.
Hüquqşünas dedi ki, xərclərin azadılması üçün ixtisarların aparılması vacibdir. Lakin ixtisarlar aparılarkən peşəkarlıq səviyyəsinin nəzərə alınmaması narazılıq yaradır: “İxtisarlar aparılarkən peşəkarlıq, ixtisas amili nəzərə alınmalıdır. Bundan əlavə, Əmək Məcəlləsinin tələblərinə görə, hamilə qadınlar, 3 yaşınadək uşaqları olan qadınlar, müharibə əlilləri və digər güzəştləri olanlar ixtisara salına bilməz. Amma müharibə əlilləri işdən çıxarılır, ixtisas sahiblərinin əvəzinə qeyri-ixtisas sahibləri işləyir.
Bizi narahat edən digər məsələ isə ixtisarlar aparıldığı halda işçilərin sayı ilə bağlı statistikanın azalmamasıdır. Belə çıxır ki, işdən çıxarılan işçilərin əvəzinə yeniləri işə götürülür”.
A.Quliyev qeyd etdi ki, hazırda müraciətlərə baxılır: “İşçilərin bəziləri öz ərizələri ilə işdən çıxmalarına məcbur edildiklərini deyirlər”.
Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı isə ixtisarların aparılmasına nəzarət ediləcəyini dedi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər