BolgeXeber.Com » Analitika » Vərəmli xəstədən rüşvət istəyirlər - PROBLEM

Vərəmli xəstədən rüşvət istəyirlər - PROBLEM

17-11-2014, 17:55
Oxunub: 4 659 Hamı yaxşı bilir ki, indi çox adam pensiya almaq üçün yalançı əlil olmağa çalışır, hətta ən ağır xəstəlikləri belə adına yazdırmaqdan çəkinmir

Ölkədə vərəmli xəstələrin sayı 10 mindən çox olaraq göstərilir. Amma bu statistika reallığı əks etdirmir. Mütəxəsislərin də bildirdiyi kimi, çox xəstə qeydiyyatdan yayınır və ya müalicəyə tabe olmaqdan qaçır. Bu da onu göstərir ki, qarşımızda öskürənin biri vərəmli də ola bilər. Deməli, ölkədə vərəmli xəstələrə nəzarət yoxdur. Bu təhlükə başqa bir probelmin mövzusudur.
Haqqında söhbət açacağımız Məhəmməd Əbilov da 2012-ci ildən vərəmli xəstə kimi qeydiyyatdadır. Quba rayonunun 2-ci Nügədi kənd sakini olan, 27 yaşlı, iki uşaq atası Məhəmmədin vəziyyəti ağırdır. Yeri gəlmişkən qeyd edək ki, Quba rayonu vərəmli xəstələrin çox olduğu ocaqlardan biridir. Məsələ ondadır ki, Məhəmməd vərəmli xəstələrlə bağlı dövlət proqramına qoşulub və ona uzun müddətdir pulsuz dərmanlar verilir. Bu yaxınlarda ağır vəziyyətdə olan xəstə Bakıya gətirilib. Xəstənin həyat yoldaşı Sevil Əbilova Analitik.az-a Məhəmmədin həmin dərmanlardan sonra lap pisləşdiyini deyib. Sevil xanımın sözlərinə görə, həyat yoldaşının bütün orqanları davamiyyətini itirib. “Ağciyərinin biri sıradan çıxıb. Qulaqları tutulub, qaraciyəri, dalağı nasazdır. İki ildir, vəziyyəti pisləşən kimi Bakıda Elmi-tədqiqat Ağciyər xəstəlikləri İnstitutuna gətiririk. Bu ilin əvvəli oranın həkimləri Məhəmmədi əməliyyat etmək istəsələr də, maddi imkanımız olmadığından bu, baş tutmadı. Maraqlıdır ki, bu gün də həkimlər hərəsi bir söz deyir. Ötən həftə şəhərə gəlmişdik. Məhəmmədin qarın nahiyyəsindən güclü ağrıları vardı. Həkim istifadə etdiyi dərmanların təsirindən ola biləcəyini dedi. İnstitutda da olduq. Əvvəlki həkimimiz Kamal idi. Onu Əziz adlı həkim-ftiziatr əvəz edirdi. Əziz həkim Məhəmmədin rentgen müayinələrinə baxdı, həyat yoldaşımın bir ağciyəri olduğunu soruşdu. O, elə ildi ki, xəstəmiz artıq əməliyyat olunub. Bu diaqnozu bir neçə həkim qoymuşdu. Məhəmmədin ağciyərlərindən biri funksiyasını itirdiyindən müayinə zamanı da bu, çətinliklə aşkarlanıb. İndi Əziz həkim xəstəmizin təcili əməliyyata alınmasını deyir. Ağciyərlərdən biri zərərsizləşdirilməlidir ki, o biri sağlam qalsın. Əməliyyat olmasa, həyatı təhlükədədir. Rentgeloq Qılman həkim isə əməliyyata qarşıdır. Həkimlərin fərqli qərarları qarşısında çarəsiz qalmışıq. Bir tərəfdən isə Məhəmməd gəncdir, onun yaşamasını istəyirik. Maraqlanmışıq, əməliyyat üçün 1400 manat pul tələb olunur. Bizim isə maddi imkanımız çatmır. Həyat yoldaşım həm də ikinci qrup əlildir. Əmək qabiliyyəti yox dərəcəsindədir. Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yardımına ehtiyacımız var. ”

Məhəmmədin cərrah-terapevti Samir Əliyev xəstənin vəziyyəti barədə bildirib ki, Məhəmməd dərmanlara davamlı vərəm xəstəsidir, ona görə pulsuz müalicə proqramına qoşulmağa ehtiyacı var. “Proqram bir xəstəni hər ay 1500 dollarlıq dərman preparatları ilə təmin edir. Həmin dərmanlar güclü komponentlərdən hazırlanıb, sözsüz vərəmli xəstəni müalicə etdiyi kimi, başqa yan təsirləri də var. Hər bir xəstə bu proqrama qoşulanda xüsusi komissiyadan keçməlidir. Sonra bu dərmanlardan istifadə ilə bağlı (həmin dərmaların qəbulu zamanı fəsadların ortaya çıxması mümkündür) müqaviləyə razılıq imzası atır. Bu yaxında Məhəmməd də bu problemlə qarşılaşdı, onun müalicəsini etdik. Amma tam sağalmanı gözləyə bilmərik.” Samir həkim xəstəsinin ağciyər əməliyyatına da fikrini bildirib. Cərrah-həkimin sözlərinə görə, onun Ağciyər Xəstəlikləri İnstitutunda tam, dəqiq müayinəsi aparılmalı, həkimlər yekun qərara gəlməlidirlər. “Bir təcrübəli həkim kimi deyə bilərəm ki, əməliyyat hər zaman çıxış yolu deyil. Əgər bu əməliyyat xəstənin ömrünü uzadacaqsa, mütləqdir. Amma Məhəmmədin vəziyyətində əməliyyatın tərəfdarı deyiləm. Xəstənin əməliyyat stolunda qalması riski böyükdür.”