BolgeXeber.Com » Analitika » Azərbaycanda məmur keçəlliyini azaltmaq üçün başına tük əkdirib

Azərbaycanda məmur keçəlliyini azaltmaq üçün başına tük əkdirib

21-11-2014, 11:10
Oxunub: 3 464 Şou-biznes ənənələri siyasətə transfer olunur…

Azrbaycanda şou-biznes adamlarının, habelə şou-biznesdəki erkək cinsin nümayəndələrinin öz xarici görkəmlərinə diqqət yetirmələrinə bir növ alışmışıq. Yəni öyrəşmişik ki, məsələn, Elariz başına tük əksin, Faiq Ağayev qaşını alsın, Nadir Qafarzadə dodaqlarına silikon qoydursun və s.Amma bu dəyişikliklərə siyasi fiqurların, xüsusən də məmurlarımızın da əl atmasını eşidəndə təəccüblənməyə bilmirsən. Hər halda, bu gün hansısa kişi məmurun qaşının əyri olması və yaxud da başının keçəlliyi bir elə önəm daşımır və kimsə bunun fərqinə varmır. Lakin görünəni və eşitdiyimiz xəbərdən aydın olanı odur ki, yanılmışıq…

DİA.AZ-a məlumatlı mənbənin verdiyi informasiyadan aydın olur ki, Azərbaycanda kifayət qədər ciddi vəzifə tutan məmurlarımızdan biri neçə aydır ki, başına tük əkdirmək üçün özünü həkimlərə həvalə edib.

Xəbəri verən qaynaq açıqlamasında həmin məmurumuzun kimliyini açıqlasa da və hətta redaksiyamıza fotoları təqdim etsə də, bunun istənilən halda fərqli qəbul ediləcəyini təxmin etdiyimizdən informasiyanın təfsilatını açıqlamamaq qərarını verdik.

Mənbəmiz isə bildirir ki, həmin məmur hiss olunmaması üçün başının müəyyən hissələrinə tük əkdirib ki, bu əməliyyat da İsraildə baş tutub: «Nazirimiz bir neçə dəfəyə ərsəyə gələn bütöv tibbi əməliyyata 55 min avro pul xərcləyib».

Bildirək ki, əslində burada qəbahətli bir hal da yoxdur. Yəni bu cür kişilərə metroseksual kişilər deyilir və tarixən bu cür kişilər olub. Məsələn, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Paşanın özü də metroseksual, yəni bizim dildə desək, baxımlı kişilərdən hesab olunub…