BolgeXeber.Com » Analitika » Azərbaycanlılar kilsəyə cadu üçün gedirlər?

Azərbaycanlılar kilsəyə cadu üçün gedirlər?

23-12-2014, 15:40
Oxunub: 11 219 "Onlara yenidən həyata tutunmalarına yardım edirik".

Bakıda pravoslavların kilsəsi kimi tanınan kilsə “28 May” metrostansiyasının yaxınlığında yerləşir. Ora mütəmadi olaraq, insan axınının getdiyini görürük. Hərdən xristianlığın get-gedə daha geniş yayılması kimi düşüncə insanı narahat edir. Tia.az-ın əməkdaşı həmin məkanda olub. Əldə etdiyimiz məlumata görə, mütəmadi olaraq, kiləsəyə gəlib-gedənlərin heç də hamısı xristianlığı qəbul etmiş şəxslər deyil. Ora hər millətdən olan insanlar gəldiyi kimi, eyni zamanda islam dininə məxsus olan azərbaycanlılar da gəlir. Xüsusilə müsəlmanların kilsə qapısında növbə ilə keşişi gözləmələri insanda bunun səbəbini araşdırmaq marağı doğurur. Kilsəni ziyarət edən azərbaycanlıların çoxu həmin məkanı dini inanclarından dolayı deyil, cadu açdırmaq və kiməsə bağlamaq üçün gedirlərmiş. Bir çox azərbaycanlılarla söhbər əsnasında məlum oldu ki, kilsədəki keşişlər pul müqabilində ora gələn azərbaycanlılara olunmuş ağ və ya qara cadunu ya açır, ya da bağlayırlarmış. Qızını ərə verməyən, oğlunu hansısa arzuolunmaz qadından ayırmaq istəyən, həyat yoldaşını geri qaytarmaq istəyən, gəlinini oğlundan soyutmaq, uşağın olmadığı ailələr, işə düzəlmək istəyənlər, işdən qovulmamaq üçün müraciət edənləri görəndə insan bir anlığa zamanın geri döndüyünü düşünür. Əlində şəkil keşişi gözləyən azərbaycanlıların çoxu keşişlərin problemlərini həll etmək üçün 5-10 manatdan çox pul almadıqlarını da bildirirdilər. Keşişlər isə “Pul müqabilində azərbaycanlıları niyə aldadırsız?” sualına belə cavab verir: “Əslində bu aldanmaq istəyənin öz seçimidir. Amma mən düşünmürəm ki, biz insanları aldadırıq. Biz insanlara ümüd veririk. Onlara yenidən həyata tutunmalarına yardım edirik. Müqəddəslərə dua edirik, şam yandırırıq. Onlar da bu məzlumların dualarını eşidib yardım edirlər”. Əgər dua ilə cadu açılırsa, o zaman həmin kəslərdən pul niyə alınır? Bu sualı keşiş cavablandırmaqdan imtina etdi.Qeyd edək ki, kilsədə hər hansı çəkiliş aparmağa, ora gələn insanlarla çox ünsiyyətə girməyə icazə verilmir. Daha doğrusu, ora gələnlərin çoxusu özü maraqlı deyil kimləsə danışıb bölüşməyə. Məsələ ilə bağlı ekstarasens, öncəgörən Nadim Alixanov fikirlərini bildirib: “Ümumiyyətlə bu cür inanclar düzgün deyil. Bu dua işi deyil. Onların gördüyü iş sırf magiyadır. Sadəcə keşişlərin dinlə yanaşı bunu etmələri nə qədər düzgündür? əgər keşişlər bu kimi sadaladığınız problemləri həll etmək iqtidarında olsaydı Rusiyada bu gün həmin problemlər olmazdı. Halbuki, həmin problemlərin ən geniş vüsət aldığı yer elə Rusiyanın özüdür. Ona görə də, bu dini variantlarla insanları inanclarından istifadə edərək, onları aldatmaqdan başqa bir şey deyildeyə düşünürəm”. Tia.az