BolgeXeber.Com » Analitika » “Kontakt” mağazalar şəbəkəsi müştərilərini aldadır?

“Kontakt” mağazalar şəbəkəsi müştərilərini aldadır?

25-12-2014, 14:40
Oxunub: 4 825 Saxta malları brendlə paralel satırlar

Son zamanlar paytaxtda texniki məhsullar satan mağazaların sayı durmadan artır. Lakin bu cür dükanlar artdıqca, şikayətlər də artır. Redaksiyamıza “Kontakt” mağazalar şəbəkəsi ilə bağlı mütəmadi olaraq şikayət ərizələri daxil olur. “Kontakt” mağazalar şəbəkəsi istehlakçılara keyfiyyətsiz məhsullar sırıyırlar.

Bir sıra firmaların məhsullarını satan “Kontakt” müştərilərini aldadır. Keyfiyyətsiz məhsulları satışa çıxararaq istehlakçıların hüquqlarını pozurlar. Bundan başqa bizə daxil olan şikayətdə bildirilir ki, “Kontakt” saxta mallar satmaqla məşğuldur. Belə ki, mağazalar şəbəkəsi “Samsung” firmasının saxta və keyfiyyətsiz mallarını müqavilə əsasında satır və bununla da külli miqdarda qazanc əldə edir. Müqaviləyə əsasən mağaza adıçəkilən şirkətin saxta və keyfiyyətsiz mallarını Azərbaycan istehlakçısına satmaqla müştərilərə zərbə vurur. Əvvəlcə istehlakçını aldadaraq onunla zəmanət talonu imzalayan “Kontakt” hər hansısa bir malı satandan sonra o mala cavabdeh deyil.

Şikayətçinin dediyinə görə, o “Kontakt” mağazalar şəbəkəsinin aldatdığı ilk müştəri deyil. Mağaza bu vaxta qədər onlarla, bəlkə də yüzlərlə müştərini aldadaraq onlara “Samsung” firmasının saxta mallarını satıb, müştəriləri aldadıb. Nəticədə yüzlərlə Azərbaycan istehlakçısına ziyan dəyib. Məlum olub ki, “Samsung” firması ilə əlbir olan “Kontakt” mağazalar şəbəkəsi Azərbaycanda bu cür çirkin işlərlə məşğuldur. Bundan başqa bizə verilən məlumata görə, “Kontakt” mağazalar şəbəkəsində yalançı endirim kampaniyaları həyata keçirilir.

Ümumiyyətlə, ekspertlər bildirir ki, endirim kampaniyalarının əksəriyyəti müştəriləri cəlb etmək üçündür. Əslində isə istehlakçının hüquqları pozulur: İstehlakçı endirim olan dükana girir, mal seçir ki, alsın. Deyirlər ki, bu mala endirim yoxdur. Bundan başqa, istehlakçı endirim kampaniyasında olan mal aldıqda onun geri qaytarılmasında problemlər yaşanır. Bildirirlər ki, endirim kampaniyasında olan mal almısan, dəyişdirilmir və ya qaytarılmır. Bu da qanuna zidd olan hərəkətdir. Endirim kampaniyaları daha çox bank, sığorta və turizm sektorunda yayılıb.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanunda var ki, istehlakçı aldığı malın ilkin sənədlərini, qaiməni tələb edə bilər. Nazirlər Kabinetinin də bu il qəbul etdiyi qərarda göstərilir ki, qaiməsi olmayan malların satışı qadağandır. Əgər satıcı qaiməni təqdim etmirsə, istehlakçı müvafiq dövlət orqanlarına müraciət etməlidir. İstehlakçıları yalançı endirim kampaniyaları ilə aldadan fiziki şəxsləri 600-1000 manat, hüququ şəxsləri isə 3000 manata qədər cərimə gözləyir.”

Ekspertlər bildirir ki, mağazalar məşhur brendi gətirərək istehlakçı rəğbəti qazanır. Sonradan istehsalçının xəbəri olmadan oxşar “serıy tovar” kimi tanınan malları brendlə paralel satırlar. Hətta həqiqi istehsalçının özünün iştirakı ilə də saxta malların satışı reallaşdırılır.

Hətta saxta malların satışının ən yaxşı yollarından biri kreditdir. Kreditlə satılan mallardan daha çox şikayətlər gəlir. Saxta malları müştərilərə kreditlə şirnikləndirib satırlar. Gundelik-Baku.com