BolgeXeber.Com » Analitika » «MT Services» hansı məmura güvənir - Özbaşınalıq...

«MT Services» hansı məmura güvənir - Özbaşınalıq...

5-01-2015, 12:35
Oxunub: 2 904 Keçən günlərdə Bakı sakininin «MT Services»dəki özbaşınalıqla bağlı şikayətini diqqətinizə çatdırmışdıq.

Xatırladaq ki, redaksiyamıza danışan narazı vətəndaş bu firmanın qarantiyası ilə aldığı Huawei Ascend telefonunu xarab olduğu üçün “MT Services” serfis mərkəzinə gətirib.

Bu günlərdə hər yerdə reklam edilən bu telefon markası heç də deyildiyi qədər yaxşı çıxmayıb. Bunu vətəndaş deyir. Bu günə qədər də servisdə gözləyin deyirlər.

Eyni problemlə bəndəniz “Teref . info” saytının baş direktoru Nurəddin Xocada qarşılaşıb. Oğlum tərəfindən hədiyyə edilmiş Huawel Ascend Y 600 telefonunu bir müddətdən sonra işlətmək qərarına gəldim. Lakin telefon xarab oldu. Üz tutduğum servis mərkəzi “MT Services” içəri girən kimi qan qaraldıcı mənzərənin şahidi oldum. Elə bil bura servis mərkəzi deyil adı bir kafe idi. Cəmi 1 nəfər qəbulda oturmuşdu. Baxmayaraq ki, 3- 4 qəbul pəncərəsi var idi. İş vaxtını gərək bu bir nəfərin kefinə bağlaya idin. Nə isə. Telefona baxıb obub həqiqətən xarab olduğunu təsbit edəndən sonra, onu məndən aldılar və 2-14 gün müddətində təmir edəcəklərini dedilər. Mən onlardan telefonun dəyişdirilməsini tələb edəndə və onların keyfiyyətsiz malına görə nəyə görə 14 gün telefonsuz qalacağımı soruşdum. Dedilər müqavilədə belə yazılıb. Qanun belə tələb edir.

Lakin 14 günün sonunda onlaradan telefonumu tələb edəndə, “ Ehtiyat hissələri zakaz etmişik, gözləyin!” cavcabı aldım

Lakin 195 qaynar xəttinə zəng edərək bu haqda məlumat verəndə, ordan verilən cavabı sizə çatdırıram.

DİQQƏT! Ehtiyatlı olun: Bakıda müştərilərə fırıldaq gələn şirkət var — « MT Services » necə kəf gəlir

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 7 maddəsinə əsasən,

İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

lazımi keyfiyyətli mala dəyişdirməyi;

satış qiymətini uyğun məbləğdə azaltmağı;

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
Bunu servis mərkəzinin rəhbəri Aslan müəllimin nəzərinə çatdırdıqda, o bunun firmanın qanunlarına zidd olduğunu dedi. Lakin ölkə qanunvericiliyinin prioritet olduğunu onun nəzərinə çatdırdıqda, o, bunun onlara dəxli olmadığını və onların belə işlədiyini vurğuladı.

Mənim bütün bunları mətbuata çıxardacağım haqqında dediyim sözün qarşılığında isə hətta «Get nə istəyirsən et» deməyi də unutmadı».

Ən acınacaqlı olanı odur ki, bu şirkət böyük bir şəbəkəyə malikdir və açıq şəkildə mənim kimi minlərlə vətəndaşımızın başına rəsmən corab hörməkdədir. Çünki qanunlardan əksəriyyət xəbərsizdir və bu gün müdirlərinin təlimatı ilə — AZƏRBAYCAN QANUNLARI İLƏ YOX — müdirlərinin təlimatı ilə işləyən bu dükan şəbəkəsi minlərlə istehlakçının haqqını gözgörəsi tapdamaqla məşğuldur.

Hər halda təyinatlı orqanlar bizim şikayət əsasında bu problemlə məşğuldurlar.

Hamımız bilirik ki, bu şirkətlərin arxasında hansıas məmurlar dayanır, yoxsa onlar bel göz görəsi qanunları tapdalayaraq, vətəndaşlara belə əziyyətlər verməzdilər.

Məni də “MT Services” firmasının arxasında duran məmur maraqlandırır. Görəsən o qüdrətli məmur ki, öz firmasının qanunlarını Azərbaycan qanunlarından üstün tutur?

Qarşı tərəfi də dinləməyə hazırıq…