"Aqrarkredit" in Ucar Filialının müdiri saxtakarlıqla məşğuldur? - ŞİKAYƏT MƏKTUBU
15-01-2015, 11:10
Oxunub: 4 732
Ağamalı Əzizov:Bu bankın yiyəsi çox böyük vəzifə sahibidir nə etsəniz mənası yoxdu"
Ucar rayonu, 28 May küçəsi ev 43-də yaşayan Camalov Nurlan Calal oğlunun Bolgexeber.com-un elektron ünvanına göndərdiyi şikayət məktubunda, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, saxtakarlıq etdiyini bildirilir.
Məktubda deyilir:"Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizov vəzifə səlahiyyətlərində sui-istifadə edərək anamın xəbəri, iştirakı olmadan , heç bir sənədə imza etmədən onun adını kredit götürən şəxsə zəmanətçi kimi qeyd edərək cinayət əməli törətmişdir. Belə ki, Bankın müdiri Ağamalı Əzizov orta məktəbdə işləyən anamdan şəxsiyyət vəsiqəsini seçici siyahısı tərtibatı adı ilə aldadıb alaraq başqa şəxsə 20.000 manat kredit verilməsində zəmanətçi kimi adını sənədləşdirmiş, anamın əvəzindən sənədə özü saxta imza etmişdir. Marağı isə bu olmuşdur ki, belə saxtakarlıq yolu ilə pulun müəyyən faizini rüşvət kimi özünə götürüb vətəndaşlara kredit pul verir. Başqa Bankdan kredit pul götürmək istədikdə zəmanətçi olduğundan anama kredit pul vermədilər və bundan sonra bizə məlum oldu ki, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının Ucar Filialının müdiri Ağamalı Əzizov anamın xəbəri olmadan onun adını zəmanətçi kimi saxtakarlıqla sənədləşdirmişdi. Sonradan öyrəndik ki, Bank müdiri Ağamalı Əzizov çoxlu sayda rayon sakinlərinin şəxsiyyət vəsiqələrini seçki siyahısı tərtibatı adı ilə alıb onların xəbəri olmadan onların əvəzinə imza atmaqla zəmanətçi kimi saxta sənədə qeyd edib kredit pullar verib. Bank müdiri Ağamalı Əzizovdan bu saxtakarlığın səbəbini soruşduqda acıqlı cavab verib bildirdi ki, bu bankın yiyəsi çox böyük vəzifə sahibidir nə etsəniz mənası yoxdur, gözləyin bu ilin sonuna kredit ödənişi bitəcək və sizə arayış verəcəm. İndidə qalmışıq çıxılmaz vəziyyətdə".
Şikayətçi qeyd edir ki, "Bank müdiri Ağamalı Əzizovun qanunsuz əməlləri barədə biz hüquq mühafizə orqanlarına, Mərkəzi Bankın sədri Elmar Rüstəmova, Maliyyə Naziri Samir Şərifova və sairə orqanlara şikayətlər etmişik. İnanıram ki, müfafiq orqanlar bu cinayət faktını obyektiv araşdırıb qanunu tədbirlər görəcəklər".
Yazıda adı keçən qurum və şəxsləri də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər