BolgeXeber.Com » Analitika » “Respublikanski” Xəstəxanasında kabab iyi ilə müalicə...

“Respublikanski” Xəstəxanasında kabab iyi ilə müalicə...

17-01-2015, 13:50
Oxunub: 4 047 "Atlantis"in xəstəxanaya "pərçim" edilməsinin anlamı nə?

Bolgexeber.com bildirir ki,moderator.az oxuculara paytaxtın 20 yanvar dairəsinin 10 metrliyində yenicə zühur etmiş bir şadlıq sarayının fotosunu təqdim edir.
Oxucuların diqqətinə çatdırmağı lazım bilirik ki, bu şadlıq sarayı ilə Mirqasımov adına Respublika Klinik Xəsətxananın korpusu arasında heç 5 metr də məsafə yoxdur. Maraqlıdır, bəzən hansısa kasıba özünə bir daxal tikmək üçün 50 yerdən "olmaz" cavabı verildiyi halda görəsən, belə bir səs-küylü iaşə obyektinin tikintisinə kim və hansı səbəbə icazə verib? Həmin ərazinin Səhiyyə Nazirliyinə tabe olması ehtimalı müzakirə mövzusu olmamalıdır əslində.
Bir sözlə, birilərinin pul qazanmaq və lazım gəlsə yumurtadan yun qırxmaq ehtirası belə əcaib mənzərənin yaranmasına səbəb olur. Xəstələri kabab tüstüsündə və səs-küydə boğmaq qanunsuz olması bir yana həm də günah deyilmi, cənablar...?
Bolgexeber.com