BolgeXeber.Com » Analitika » “БЕЛОЧКА” günəbaxan tumları bağırsaq çöpü yaradır?

“БЕЛОЧКА” günəbaxan tumları bağırsaq çöpü yaradır?

26-01-2015, 11:10
Oxunub: 3 930 Dünyada tumlardan zəhərlənərək dünyasını dəyişən insanların sayı hər il 10 min nəfərdən artıq olur

Azərbaycanda bəzi müəssisələrin standartlara cavab verməyən qida məhsullarının istehsal ilə məşğul olması barədə dəfələrlə rəsmi və ya qeyri rəsmi məlumatlar yayılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi demək olar ki, hər gün belə müəssisələri üzə çıxararaq cərimələyir. Amma bu problemin qarşısını hələ də tam almaq mümkün deyil. Onlar öz ampulalarında, öz əməlləri ilə məşgül olur, daha tez zamanda milyonlar qazanmaq niyyəti güdürlər.
Sovetlər dönəmi dağıldıqdan sonra Azərbaycanda sahibkarlığın inkişafı üçün çox münbit şərait yaradıldı. Sahibkarlar dövlət tərəfindən iqtisadi dəstək alaraq istehsal müəssisələri yaratdılar. Bütün bunların fonunda əsas diqqət qida məhsullarının istehsalına yönəldi.
Əlbətdə, bəzi sahibkarlar bu işə ciddi yanaşaraq fəaliyyətlərində irəliləyiş əldə etdilər. Bəziləri isə yalançı reklamlardan istifadə edərək istehsal etdikləri standartdan kənar məhsulları bazara siriya bildi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə bazarında standartlara cavab verməyən, yararsız və təhlükəli qida məhsullarına rast gəlinir.
Bizimxeber.az-ın araşdırmasına görə, belə müəssisələridən biri 2005-ci ildə təsis edilmiş “Ayan” MMC-dir. Müəssisəyə məxsus saytın məlumatlarında qeyd olunur ki, MMC-nin yaradılmasında əsas məqsəd, dünya standartları tələblərinə cavab verən yüksək keyfiyyətli məhsulların istehsalı, daxili və xarici bazarlarda onların satışının təşkil etməkdir. Amma, onlar bunu bacara biliblərmi? Bu gün MMC-nin bazara çıxardığı “БЕЛОЧКА” adı altında ağ-qara günəbaxan tumları nə qədər keyfiyyətlidir və ya təhlükəsizdir?
İlk günlərdə telekanallarda gözləri mozol edən reklam çarxlarından sonra “БЕЛОЧКА” tumları bazara qismən də olsa yol tapdı. Amma qısa bir müddətdə bazarı tərk etdi. Əlbətdə, bu gün mağaza və pərakəndə siqaret satışı ilə məşğul olan şəxslərin balaca “taburetka”sında bu tumlara rast gəlmək olur. Amma, bu hallar dünya bazarına çıxmaq istəyən bir MMC-nin uğuru sayıla bilməz.
Bu tumların keyfiyyətsiz olması ilə bağlı Bizimxeber.az-ın redaksiyasına daxil olan məktular əsasında bu sahəni dərindən bilən mütəxəssislərlə araşdırma aparmaq qərarı verdik.
Mütəxəssislər bildirilər ki, ilk əvvəl bu tumların qurudulması işi düzgün həyata keçirilmir. Daha doğrusu, tumlar nəm olaraq qablaşdırılır. Lazım olan tempetraturda qurudulmur və ya daha yüksək temperaturda qurudularaq keyfiyyətsiz hala salınır. Buna görə də, hava keçirməz qablara yığıldıqdan sonra kiflənir. Bu isə insanların zəhərlənməsinə yol açır.
Bzimxeber.az-ın araşdırmasına görə, qurudulmayan tumların istifadəsi isə daha ciddi təhlükəyə – uşaqlarda və böyüklərdə bağırsaq çöplərinin yaranmasına səbəb olur ki, məhs bu virus digər xəstəliklərə yol açır.
Məlumat üçün bildirək ki, statistik rəqəmlərə diqqət etdikdə görərik ki, dünyada tumlardan zəhərlənərək dünyasını dəyişən insanların sayı hər il 10 min nəfərdən artıq olur.
Bu barədə daha geniş araşdırma yazısını yaxın günlərdə təqdim edəcəyik…
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq….