13 rəqəmi nazirə düşməyə bilər: Fəaliyyətinin 13-cü ilində yola salınacağı gözlənilir
6-02-2015, 21:05
Oxunub: 4 663
Ziya Məmmədovun qürubu
Nəqliyyat naziri Ziya Məmmədovun Avropa Yay Oyunlarından sonra istefaya göndəriləcəyi xəbəri getdikcə özünü doğrultmaqdadır.Tia.az bildirir ki, onun karyerasında nazir fəaliyyətinin 13-cü ili Məmmədovlar ailəsini sevindirməyə bilər.Əldə etdiyimiz dolğun bilgiyə görə, dövlət büdcəsindən nəqliyyat layihələrinə ayrılan xərclərin iki dəfə azaldılması naziri çətinə salıb. Yaxın zamanlarda nazirliyin fəaliyyətinin ciddi təftişi də istisna olunmur. Ötən il Bakıda sərnişindaşınmanın Nəqliyyat Nazirliyindən alınıb meriyaya verilməsi nazirin qol-budağının vurulması anlamına gəlir.
Mənbəmizin sözlərinə görə, Z.Məmmədov mərhələ-mərhələ tərk-silah olunmuş vəziyyətə gətirilib və onun iri layihələri əlindən alınıb. Z.Məmmədovun “Qarant holdinq”dəki payının böyük hissəsi də başqa bir ələ dövr edilib.
Həmçinin onun və oğlu Anar Məmmədovun Bakının mərkəzində köhnə tramvay parkının yerində tikdirdiyi möhtəşəm bina - “Baku Trump Tower” artıq Məmmədovlardan alınıb. Xatırladaq ki, Z.Məmmədov 1996-2002-ci illərdə Dövlət Dəmir Yolunun rəisi vəzifəsində çalışıb. 2002-ci ildə isə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə nəqliyyat naziri təyin olunub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər