BolgeXeber.Com » Analitika » Lənkəran MERO-nun rəisi Əlixan Zeynalov kimlərə güvənir?

Lənkəran MERO-nun rəisi Əlixan Zeynalov kimlərə güvənir?

9-02-2015, 15:20
Oxunub: 5 766 "Onun korrupsiyadan yığdığı məbləğin həddi-hüdudu yoxdur"

Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Belə qurumlardan biri də korrupsiyanın tüğyan etdiyi Lənkəran RQİŞ-dir. Lənkəran MERO-sunda sürücülük vəsiqəsi verilmir, satılır.
Bura sanki sürücülük vəsiqəsi almağa gələnlər ,sanki mal bazarına gəlirlər. Uzun illərdirdir 5 saylı rayonlarası qeydiyyat-imtahan şöbəsinin rəisi işləyən Əlixan Zeynalov dövlət idarəsində əsl bazar mühiti yaradıb. Daxil olan məlumata görə Lənkəran Regional MERO-sunda sürücülük vəsiqəsinin qiyməti 800-1000 manat aralığında dəyişir.
Bu idarədə hökm sürən özbaşnalıqdan,qanunsuzluqdan əziyyət çəkən vətəndaşların əməkdaşımıza dediklərinə görə maşınlarını texniki müayinədən keçirtmək üçün buraya gələnləri Əlixan Zeynalov əməlli-başlı peşiman edir. Belə ki, onlar şöbənin ərazisinə yox, birbaş Masallıya göndərilirlər və orada rəisin adamlarından ibarət olan xüsusi maklerlər vətəndaşlardan,özlərinin müəyyən etdikləri pulu almamış sürücülərə sənəd-zad verilmir.
Bundan başqa nömrə,sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə,ondan çox haqq alınır. Qeyd edilir ki,qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar.Bildiyiniz kimi,oğurluq maşınları qeydiyyatdan keçirtdiyinə görə Əlilxan Zeynalov bir müddət əvvəl nazirdən töhmət də almışdır.
Sürücülük vəsiqəsini qanuni şəkildə ala bilmədikləri üçün maklerlərə müraciət edən vətəndaşın dediyinə görə həmin maklerlər bildirirlər ki,bu pulun yalnız cüzi bir qismi onlara çatır,qalanının hamısını rəisə verirlər.
"Görün bu adam necə böyük bir şəbəkəsi qurub ki, şikayətçi adamlara bu cür dərs vermək iqtidarındadır. Yalandan salırlar kompyuterə, guya imtahan verirsən, amma pulunu verməsən, bütün suallara yüz faiz düzgün cavablar yazsan belə keçə bilməyəcəksən. Buna görə də kompyuterlə imtahan da boş şeydir, sadəcə oyun,görüntüdür. Necə deyərlər, pulunu ver, musiqini sifariş et. Lənkəran MERO-sunda real vəziyyət belədir. Onun korrupsiyadan yığdığı məbləğin həddi-hüdudu yoxdur. Dövlət orqanları Lənkəran 5 saylı RQİ barəsinin rəisi haqda ciddi ölçü götürməlidirlər"-Masallı rayonundan olan şikayətçilərdən biri məktubunda bildirir.
Görünür Əlixan Zeynalovun prezidentin, qanunları pozan,camaatı incidən məmurları tənqid etdiyi məşhur çıxışından xəbəri yoxdur...
Görəsən bu cür özbaşnalıqlar edən Əlixan Zeynalov bunları kimlərə arxayın olub edir?! Yaxın saatlarda bu haqda və bir neçə Masallı sakininin Əlixan Zeynalovun idarəsində üzləşdiyi korrupsiya halları haqda ilginc məlumatları saytımızdan oxuya biləcəksiniz.
Yaxın yazılarımızda bunları biləcəksiniz:
-MERO-nun rəisinə daxili işlər naziri niyə töhmət verib?
-Lənkəran MERO-da oğurluq maşınlar necə qeydiyyata alınır?
-Azərbaycanın cənub bölgəsində avtomobillərdə 444 nömrələri kimlərə məxsusdur?xalqxeber.az
Bizi izləyin...