“Bakcell“-in „qumarbazlığı“ - FAKT
9-02-2015, 20:00
Oxunub: 5 790
Artıq Milli Məclisdə “Reklam haqqında” yeni qanun layihəsi müzakirə olunur
Bəzi mobil operatorların müəyyən şirkətlər vasitəsi ilə abonentlərin cibinə girməsi barədə mətbuatda dəfələrlə yazılıb. Artıq vəziyyət o həddə gəlib ki, insanlar, açıq şəkildə, mobil şirkətlərin sms saxtakarlığına qarşı „üsyan“ edirlər. Bu saxtakarlığa əl atan mobil operatorlardan biri də „Bakcell“dir. Şirkət şirnikdirici smslər vasitəsi ilə abonentlərə müəyyən nömrələrə sms göndərməyi təklif edir.
Aktual.az-ın redaksiyasına bununla bağlı şikayət edən vətəndaşlar qeyd edirlər ki, “Bakcell” sms göndərib onları narahat etməklə yanaşı, həm də istifadəçiləri , bir növ, qumar oynamağa sövq edir.
Şikayətçilərin göndərdiyi reklam xarakterli qumara dəvətlərdən birini oxucuların diqqətinə çatdırırıq:
„055 *** ** ** nömrəli abunəçi, Bakcell dən 100 AZN bu gün sənin ola bilər. Sadəcə ULDUZ yaz 5585-ə göndər (qiymət 24 qəpik). Bu gün 100 AZN, bu ayda isə 5000 AZN qazan“-deyə abonentlərə göndərilən smslərdə deyilir.
Reklamın mətnindən də göründüyü kimi, yalançı vəd verməklə insanları qumara təhrik edirlər. Nəzərə alaq ki, bu mobil operatorun abonentlərin sayı kifayət qədərdir. 24 qəpikdən hesablasaq, şirkətin abonentlərdən nə qədər pul qoparmaq istədiyinin şahidi olarıq.
Maraqlı məqam ondan ibarətdir ki, mobil operatorlar bu dələduzluqları xüsusi şirkətlər vasitəsi ilə həyata keçirir. Abonent zəng edib etiraz edəndə məsuliyyəti həmin şirkətin üzərinə atırlar.
Artıq Milli Məclisdə “Reklam haqqında” yeni qanun layihəsi müzakirə olunur. Bu qanun layihəsi qəbul ediləndən sonra, artıq mobil operatorlar vətəndaşların cibinə girə bilməyəcəklər.
Mövzu ilə bağlı “Bakcell”-in də mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər