Azərbaycanda “halal” kolbasalardan donuz əti çıxdı
14-02-2015, 12:55
Oxunub: 4 305
“Mister Ron” nişanlı şokaladlı konfetindən isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən bu ilin yanvar ayında istehlak bazarında monitorinqlər həyata keçirib. Salamnyus məlumat verir ki, monitorinqlər nəticəsində bəzi firmaların fəaliyyətində ciddi nöqsanlar aşkar olunub. Araşdırma zamanı “Evrokond” MMC-nin “Yuvelirnoye” nişanlı şəkəri, “Lakom” ASC-nin “Vesyoliy zoosad” nişanlı sərt peçenyelərinin ümumi mikroorqanizimlərin sayına görə standart tələblərə cavab vermədiyi aşkar olunub. Rusiyadan Azərbaycana idxal edilən “Rot Front” nişanlı “Leqenda” vaflisinin də sağlamlığa zərərli olduğu məlum olub. Ət və ət məhsullarından olan “Lider R.M” nişanlı “Moskovskaya texnologiya” adlı bişmiş hisə verilmiş “Servelat kolbasası” ilə “İlahə-96″ İKM-ə məxsus kolbasalarda, o cümlədən “Aymin” MMC-nin də “Bakı” nişanlı bişmiş hisə verilmiş servelat kolbasasından məhsulun markalanmağında qeyd olunmayan donuz əti aşkar edilib. Qeyd edək ki, bir müddət əvvəl istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə kolbasa məmulatlarının istehsalı ilə məşğul olan “Aymin” MMC haqqında İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulmağı əlamətləri üzrə iş qaldırılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Aymin” MMC-yə səkkiz min manat maliyyə sanksiyası tətbiq edilib. Ölkədə satılan Polşanın “Mister Ron” nişanlı şokaladlı konfetindən isə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər