BolgeXeber.Com » Analitika » "Angel" xəz-dəri qalareyasına ittiham - Fazil Məmmədovun gözündən iraq...

"Angel" xəz-dəri qalareyasına ittiham - Fazil Məmmədovun gözündən iraq...

20-02-2015, 14:44
Oxunub: 3 134 "Angel" xəz-dəri qalareyasına ittiham - Fazil Məmmədovun gözündən iraq..."Angel" xəz qalereyasının möhtəşəm fırıldağının əsas "sığortaçısı" Azərbaycanın iqlim şəraitidir

Bildiyiniz kimi, son illər xəz dəri Azərbaycan qadınının daha çox üstünlük verdiyi geyimə çevrilib. Sayı gündən-günə artan xəz dəri mağazaları da qadınların bu zövqünü nəzərə alıb, onları kreditlə, müxtəlif endirimlərlə cəlb etməyə çalışır. İqlimi sərt olan ölkələrdə qadınlar bu geyim növünə daha çox soyuqdan qorunmaq üçün müraciət edirlərsə, Azərbaycanda daha çox "qonşudan qalma dala" prinsipinə görə dəbdədir.

Xanımların bir çoxu qış mövsümündə xəzlərdən istifadə edirlər. Az qala sərvət bahasına başa gələn bu məhsulların satışını həyata keçirən qalereyalar isə əksər hallarda müştərilərini aldadırlar. Xanımlar saxta və keyfiyyətli xəzi bir-birindən ayırd edə bilmədiklərinə görə çox vaxt fırıldağa məruz qalırlar. Saxta xəz geyimi ilə bağlı tendensiya indi də davam etməkdədir. Belə ki, Çin Xalq Respublikasından idxal olunan malların əksəriyyətinin birinci görünüşdən keyfiyyətsiz olduğu görünür. Ancaq bir çox malların üzərində başqa ölkələrin emblemi yapışdırılır. Bir çox Çin mallarının üzərində türk, italyan mallarının emblemləri olur. Belə olduqda istehlakçılar orijinal malı aşkarlamaqda çətinlik çəkirlər. Təkcə Azərbaycanda yox, dünyanın demək olar ki, əksər ölkələrində Çin istehsalı olan malların satışı həyata keçirilir. Xəz geyimlərin bahalı olması bazara saxta məhsulların çıxarılması ehtimalını da artırır. "Binə" Ticarət Mərkəzində yerləşən "Angel" xəz qalereyasında satışa çıxarılan məhsulların da yetərli hissəsinin orijinal olmadığı qeyd edilir. Bu barədə redaksiyamıza məlumat verən və adının çəkilməməsini xahiş edən paytaxt sakininin sözlərinə görə, özünü regionun ən böyük şuba brendi adlandıran "Angel" xəz qalereyası italiyan və amerikan brendi altında vətəndaşlara Çində hazırlanan məhsulları sırıyır: "əvvəla onu deyim ki, süni xəz təbii xəzlərə oxşadılan xovlu toxuculuq məmulatı, trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır. Təbii xəzlərə, su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə oxşadılan parça süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılıb. Süni xəz əsasdan və xovdan ibarət olur. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan istifadə edilir. Xov üçün isə müxtəlif monosaplardan, poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir. Buna görə də süni və təbii xəzləri bir-irindən ayırmaq alıcılar üçün çətin olur. Təbii xəzi süni, keyfiyyətsiz xəzdən fərqləndirən xüsusiyyəti onun istifadə olunduqca əvvəlki görkəmini saxlamasıdır. "Angel"dən alınan məhsullar isə öz ilkin görkəmini və xüsusiyyətlərini tez bir zamanda itirir. Bunun üçün qışda iki dəfə güclü qarın və yağışların yağması kifayətdir. Yəni əslində "Angel" xəz qalereyasının möhtəşəm fırıldağının əsas "sığortaçısı" Azərbaycanın iqlim şəraitidir. Uzun illərdir Qərbi Avropa ölkələri və Rusiya ilə müqayisədə ölkəmizdə qış kifayət qədər mülayim keçdiyindən, Çin istehsalı olan xəz-dəri məmulatları öz keyfiyyətlərini nisbətən qoruya bilirdi. Bu da bazarın işbazlarını arxayınlaşdırırdı. Son iki ildə soyuq hava şəraiti Avropa brendləri kimi təqdim olunan kürklər və gödəkçələr üçün əsl imtahana çevrilib. Burdan alınan xəzlərin əksəriyyəti keyfiyyətsiz çıxıb. Müştərilər baha qiymətə aldıqları şubaları geri qaytarmaq istəsələr də, "Angel" xəz qalereyasının rəhbərliyi bununla razılaşmayıb. Hətta bəzi alıcılarla qalereyanın sahibi arasında mübahisə belə baş verib. Qalereyada satışa çıxarılan malların əsl qiymətləri endirim kampaniyaları zamanı ortaya çıxır. Belə ki, mağazanın rəhbərliyi saxta endirim kampaniyası ilə müştəri yığmağa çalışır. Halbuki, "endirim" tətbiq olunan şubaların qiyməti alıcılara elə əvvəlki qiymətə təklif edilir". Əldə etdiyimiz məlumatlara görə, "Angel"in əsas idxal bazarı Çindir. Sadəcə, qalereyanın sahibləri Çinin ucuz xəzini baha qiymətə müştəriyə sırımaq üçün işlərini əvvəldən möhkəm tuturlar: "Məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır. Bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə kürklərin tükü tökülməyə və məhsulun daxili hissəsində fəsadlar yaranmağa başlayır". Növbəti saylarımızda "Angel" xəz qalereyasında mövcud olan vergidən yayınma halları barədə böyük yazı dərc edəcəyik. Sonda İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin məsul şəxslərindən vətəndaşlara orijinal olmayan məhsulları satan qalereyada yoxlama aparmalarını xahiş edirik. GünBakı

Qarşı tərəfi də dinləməyə hazırıq.