BolgeXeber.Com » Analitika » Sumqayıtın səhiyyə sistemi çöküb

Sumqayıtın səhiyyə sistemi çöküb

21-02-2015, 11:07
Oxunub: 3 371 Sumqayıtın səhiyyə sistemi çökübBütün nöqsanlar Ələkbər Tağıyevin adı ilə bağlıdır

Redaksiyamıza yeni daxil olan məlumatlarda Sumqayıt şəhər səhiyyə sisteminin vəziyyəti barədə üzücü açıqlamalar təqdim olunur. Mənbələrin iddiasına görə, bu gün şəhərin səhiyyə sektoru heç də etibarlı əllərdə deyi. Sumqayıt səhiyyəsində yaranan bütün nöqsanlar isə təbii ki, ilk növbədə şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyevin adı ilə bağlıdır. Məlumat üçün bildirək ki, Ə.Tağıyev bu vəzifəyə 2011-ci ildə təyin olunub. Bu gün Sumqayıt Şəhər Səhiyyə İdarəsinin tabeliyində 7 xəstəxana, 2 Doğum evi, 5 Dispanser, 3 şəhər poliklinikası, “Kimyaçı” poliklinikasi, 2 Tibbi Sanitar Hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, Uşaq stomatoloji poliklinikasi və Uşaq sanatoriyasında vətəndaşlara tibbi xidmətlər göstərilir. Sumqayıt səhiyyəsində 1048 həkim, 2451 orta tibb işçisi, 1533 kiçik tibb işçisi və digər işçilər çalışır. Daxil olan məlumatlarda sakinlərin xüsusi narazılığını doğuran əsas məqamlardan biri kimi bu tibb müəssisələrinə dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları Sumqayıtın xəstəxanaları üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda göstərilir ki, şəhərin tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Hələ bir müddət bundan əvvəl ölkə mətbuatında yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, təkcə bir il ərzində Sumqayıtın tibb müəssisələrinin ərzaq təminatı üçün 1 milyon 850 min manata yaxın vəsait ayrılıb. Bu məbləğin isə 451 min 401 manatı “İdeal Təchizat kommersiya 2012” MMC və “Ayan-2012” MMC şirkətləri vasitəsi ilə guya ki, ərzaq məhsullarının satın alınmasına sərf olunub. “Qızıl Torpaq Kəndli-Fermer” MMC-nin yardımı ilə alınmış ət, süd və kənd təsərrüfatı məhsullarına isə 743 min manat xərclənib. Xəstəxanalara çörək alınması işləri isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də 64 min 990 manat məsrəf olunub. Lakin mənbələr bildirirlər ki, bütün bu əməliyyatlar sadəcə kağız üzərində həyata keçirilib. Əslində isə bu pullar göstərilən şirkətlərin bank hesabları vasitəsilə nağdlaşdırılaraq Ələkbər Tağıyev tərəfindən mənimsənilib. Eyni zamanda da mənbələr qeyd edirlər ki, Ələkbər həkimin tender işlərində böyük təcrübəsi var. Belə ki, onun uzun illərdən bəri böyük gəlirlər qazana bildiyi bu işləri də elə yaxın adamları vasitəsi ilə həyata keçirir. Başqa sözlə desək, idarənin ərzaq məhsullarının alınması ilə bağlı keçirdiyi tenderlərdə qalib gələn şirkətlər də əslində idarə müdirinin ya özünə, yz da yaxınlarına məxsusdurlar. Həm də bu şirkətlər vasitəsilə təkcə ərzaq məhsulları deyi, eləcə də dərman preparatları və sarğı ləvazimatları, onkoloji və psixotrop dərmanlar, şəkər əleyhinə dərmanlar, rentgen plyonka, flüoroqraflk lent, fiksaj, aşkarlayıcı, EKQ lentləri, laborator reaktivlər və kiçik tibbi alətlər, dezinfeksiyaedici məhlullar, peyvənd preparatları və peyvənd şprislərinin alınması üçün elan edilən tenderlər “udularaq” növbəti maxinasiyalara rəvac verilir. Qəzetimizin növbəti saylarında Ələkbər Tağıyevin bu yönümdə fəaliyyəti barədə də ətraflı məlumatlar təqdim edəcəyik. Bizimdovr.az

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.