BolgeXeber.Com » Analitika » Nazirliyin cəza kəsdiyi “Bioloji Təbabət” kimindir?

Nazirliyin cəza kəsdiyi “Bioloji Təbabət” kimindir?

9-03-2015, 12:47
Oxunub: 10 048 Nazirliyin cəza kəsdiyi “Bioloji Təbabət” kimindir? Səhiyyə Nazirliyi cəzalandırdığı “Bioloji Təbabət” MMC klinikası iş adamına məxsus imiş

Axar.az-ın xəbərinə görə, qanun pozuntusu aşkarlanan tibb ocağının sahibi məşhur “Planeta” apteklər şəbəkəsinin müdiri Elxan Yaqubovdur. Əslən Göyçaydan olan E.Yaqubovun eyni adda 11 apteki fəaliyyət göstərir. Onun “Bioloji Təbabət” klinikası almanlarla müştərək işləyir. Bir müddət öncə E.Yaqubovun apteklərində vaxtı keçən dərman preparatlarının satıldığı üzə çıxmışdı. Qeyd edək ki, qanun pozuntularına yol verdiklərinə görə cəzalananlar "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “İdeal Tibb Şirkəti” MMC və “Diaqnoz Tibb Şirkəti” MMC şirkətləridir. Bu kliniklar barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.
BOLGEXEBER.COM