“Qocalar evi” direktorundan tükürpədici mənimsəmə - ŞİKAYƏT
13-03-2015, 12:45
Oxunub: 5 028
Bakının Bilgəh kəndində yerləşən “Qocalar evi” rəhbəri Qətibə Əsədovadan şikayət var
Tia.az-a verilən xəbərə görə, bu yuvanın yaşlı sakinlərinin pensiya kartı əlindən alınır. Bu özbaşınalığın arxasında Q.Əsədovanın olduğu iddia edilir. O da bildirilir ki, direktor dövlətin ayırdığı ərzaq payını ahıllardan əsirgəyərək mənimsəyir. Onun bu əməllərinə qarşı yaşlılar heç bir şikayət edə bilmir. Q.Əsədova da fürsətdən sui-istifadə edərək “Qocalar evi”ni talayır. Qeyd edək ki, Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatının rəhbərliyinin bu yarıtmaz fəaliyyəti ucbatından nə dövlət vəsaiti, nə də ayrılan yardımlar tamlığı ilə ahıllara çatdırılır. Bir çox hallarda qocalar yarıac vəziyyətdə əziyyət çəkərkən, bu müəssisənin rəhbərliyi fantastik var-dövlət sahibinə çevrilib. Direktor Qətibə Əsədova əvvəllər Şağan qəsəbəsindəki əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı internatda direktor işləyib. Sonradan Saray qəsəbəsində yerləşən 7 saylı internata təyinat alıb. Müharibə və Əmək Əlilləri üçün Pansionatının üç mühafizəçisinə ümumilikdə 4600 manat məvacib ayrılıb. Reallıqda həmin mühafizəçilərin hər biri cəmi 300 manat alır ki, bu da toplandıqda 900 manat edir. Yerdə qalan pul isə direktor və onun əlaltısı tərəfindən mənimsənilir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər