BolgeXeber.Com » Analitika » “Aqrolizinq” ASC-nin İsmayıllı filialının müdiri vəzifə iddiasında

“Aqrolizinq” ASC-nin İsmayıllı filialının müdiri vəzifə iddiasında

19-03-2015, 13:53
Oxunub: 4 844 “Aqrolizinq” ASC-nin İsmayıllı  filialının müdiri vəzifə iddiasındaRedaksiyamıza daxil olan məlumatlarda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı rayonunda yerləşən “Aqroservis” filialının fəaliyyətinə dair ciddi iradlar öz əksini tapmaqdadır. Məlum olduğu kimi, bu gün “Aqrolizinq” ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Məhz bütün bu vəzifələrin effektiv şəkildə həyata keçirilməsi üçün ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi də mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. Həmçinin ASC-nin 55 rayonda təsərrüfat hesablı “Aqroservis” filialları və onların da 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Lakin bütün sahələrdə olduğu kimi “Aqrolizinq” ASC-nin bölgələrdə səmərəli fəaliyyəti də bir çox hallarda cəmiyyətin rayonlarda yaradılmış filiallarına rəhbərlik edən konkret şəxslərin fəaliyyətindən asılıdır. Biz dəfələrlə ən perspektivli layihələrin məhz son instansiyalarda icraatı nəticəsində iflasa uğradığının şahidi olmuşuq. Təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin İsmayıllı rayon filialının fəaliyyəti də yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Redaksiyamıza daxil olan məlumatlarda filialın rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Bildirilir ki, filialın müdiri Əlağa Həsənov texnikanın fermerlərə lizingə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Mənbələr xəbər verir ki, rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə rüşvət vermək məcburiyyətində qalırlar. Filialın fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə və pestisidlərlə təchizat xüsusundadır. Fermerlərin ioddiasına görə İsmayıllı “Aqroservis” filialında məsələn, azot gübrəsinin hər 50 kq-lıq kisəsinə görə əlavə 2 manat tələb olunur ki, bu da 1 tonda 40 manat təşkil edir. Sənədləşdirmə, məhsul qəbulu üçün adamlar o qədər “get-gəl”ə salınır ki, bəzilərinin əsəbi axıradək davam gətirmir. Bu vəziyətdən istifadə edən Əlağa Həsənov isə yerli işbazlarla əlaqəyə girir və azot gübrəsinin 1 tonunu onlara 280 manata satır, hər tona görə 88 manat təmiz qazanc götürür. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə edi. Bu işlərdə isə əsas iştirakçılar həm də yerli icra nümayəndələri və bələdiyyələrdir. Yəni anbardan çıxarılan gübrənin həcminə uyğun olaraq onların köməyi ilə saxta sənədlər tərtib edilir. Axı bu şəxslər güzəştli şərtlərlə gübrə və subsidiyaların verilməsi ilə bağlı yerli komissiyalarda təmsil olunur, əllərində məhsul yetişdirənlərin dövlət aktlarının surəti olur. Yerli icra və bələdiyyə orqanları dövlətdən güzəştli şərtlərlə gübrə və subsidiya qoparmaq üçün çox vaxt əkin sahələrini süni surətdə şişirdir. Bu şişirtmədə “Aqroservis” filialı ilə yerli icra namayəndələri və bələdiyyə sədrlərinin maraqları üst-üstə düşür...

Həmçinin aldığımız məlumatlarda “Aqrolizinq” ASC-nin İsmayıllı rayon filialı müdirinin artıq növbəti karyera yüksəlişi barədə ciddi düşündüyü də xəbər verilir. Bildirilir ki, Əlağa Həsənov bu yaxınlarda Şamaxı Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsinə keçməyə hazırlaşır.