BolgeXeber.Com » Analitika » İnternetdə pornoqrafiya təhlükəsi

İnternetdə pornoqrafiya təhlükəsi

24-03-2015, 18:57
Oxunub: 3 079 İnternetdə pornoqrafiya təhlükəsiİnternetdə məşhur adamların və ya şirkətlərin adları intim münasibətlərlə əlaqələndirilə bilər

Belə bir təhlükə domain yazılışının genişləndirilməsi haqda qərar veriləndən sonra ortaya çıxıb.

Domain – internet səhifələrin adları - hazırda çox məhdud sonluqlardan ibarətdir, saytın adından sonrakı nöqtənin (dot) ardınca ya ölkəyə işarə edən hərflər (az, ru, uk və s.), ya da .com, .org, .net yazılır.

İyun ayından bu qayda dəyişir və artıq 500-dən çox domain sonluğu kimi istifadə oluna biləcək söz, termin və ya simvol qeydə alınıb.

Bu siyahıda “Adult” və “Porn” sözlərini görən məşhur şirkət və şəxslər təşvişə düşüblər. Hər 2 söz internetdə seks və pornoqrafiyanın ifadəsi sayılır. Onlardan istifadə etməklə artıq brendə çevrilmiş istənilən ada ziyan vurmaq olar. Çünki domain adlarında müəlliflik hüquqları rol oynamır, kim adı birinci qeydiyyatdan keçirisə, o da həmin internet ünvanının sahibi olur.

Nə qədər ki, internet ünvanlarında .org, .net, .com işlənirdi, bunun təhlükəsi böyük olmurdu. Ən pis halda, məsələn, Maradonaya və ya futbola aidiyyatı olmayan şəxs maradona.az saytı aça bilərdi. Bəzi şirkətlər bundan qorunmaq üçün öz brendllərinin və sonunda da bütün ölkə simvolları və org, net, com-u ilə birlikdə özləri alırdılar ki, başqalarına qismət olmasın. İndi onlar eyni fəndi “adult” və “porn” sözlərinə də tətbiq etməyə məcburdurlar.

Huffington Post yazır ki, artıq məşhur amerikalı müğənni Taylor Swift öz adı və bu sözlərlə bitən (TaylorSwift.porn və TaylorSwift.adult) domainlərini alıb ki, imicinə heç kim ziyan vura bilməsin.

Microsoft şirkətinin də öz məhsulunu “sex təhlkükəsindən” qorumaq üçün office.adult və office.porn domainlərini aldığı bildirilir.

Estrada ulduzlarının və nəhəng şirkətlərin belə addıma maddi imkanları lazım olandan da çoxdur, qiymtələr 1000-dən 2500 dollara qədərdir.

Bəs maddiyyatı zəif, qüruru böyük olan təbəqələr neyləsin?

Nəzəri cəhətdən yeni domain sistemində istənilən əlifbada istənilən sözü qeydiyyatdan keçirmək olur. Bu da illərlə qazanılan təmiz ada ləkə sala biləcək milyonlarla söz deməkdir.

Fərz edək ki, Azərbaycandan kimsə “şəhvət” sözünü qeydiyyatdan keçirməyə nail oldu. O zaman yarana biləcək təhlükəni ancaq təsəvvür etmək olar. Xüsusilə siyasi rəqiblərin gözdən salınması üçün internetin geniş istifadə olunduğu Azərbaycanda(azadliq.org).