BolgeXeber.Com » Analitika » Binəqədi GEM-in direktoru cəzalandırıla bilər

Binəqədi GEM-in direktoru cəzalandırıla bilər

3-04-2015, 11:47
Oxunub: 5 515 Binəqədi GEM-in direktoru cəzalandırıla bilərSon zamanlar Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur

Belə ki, sözügedən qurumun direktoru Fədai Hacıyev işində bir sıra neqativ hallara yol verdiyindən, onun barəsində redaksiyamıza şikayət xarakterli müraciətlər daxil olub.

Bununla bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Fədai Hacıyev Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzində baş verən özbaşınalıqlara göz yummaqla yanaşı, qurumun fəaliyyətini arzuolunmaz idarəçilik mexanizmilə davam etdirməsinə şərait yaradır.

Məhz bu biganəliyin nəticəsində də demək olar ki, hər gün yüzlərlə vətəndaşın hüququnun pozulduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzində uzun müddətdir ki, davam edən qanun pozuntuları əslində heç bir normal məntiqə sığmır: "İlk öncə onu qeyd edim ki, Fədai Hacıyev uzun müddətdir ki, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinə rəhbərlik edir. İndiyədək onlarla, bəlkə də yüzlərlə insan onun əməllərinin qurbanına çevrilmiş, əsasən də sahibkarlar mərkəz direktorunun təşkil etdiyi "yoxlama"lardan təngə gəlmişlər. Bununla əlaqədar Binəqədi rayonunda fəaliyyət göstərən iş adamları aidiyyəti orqanlara müraciət etsələr də, hələlik bunun heç bir faydası olmayıb".

Məlumatlı şəxs iddia edir ki, Fədai Hacıyevin tətbiq etdiyi "qayda"larla çalışmaq istəməyən əməkdaşlar sonda onun qəzəbinə tuş gəlirlər: "Məsələn, əgər Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hansısa əməkdaşı direktor tərəfindən müəyyən edilmiş "şərt"lərə əməl etməkdən boyun qaçırsa, o zaman Fədai Hacıyev həmin şəxsə ilk öncə öz ərizəsilə vəzifədən çıxmasını təklif edir. Yox, əgər qarşı tərəf yenə də mövqeyində israr edərsə, onda mərkəz direktoru həmin işçinin məvacibini gecikdirir, ona müxtəlif formalı basqılar tətbiq edir və ən sonda istəyinə nail olur. Bu səbəbdən də heç kim qorxusundan Fədai Hacıyevin bir sözünü iki etməyə cürət etmir. Çünki hamı bunun sonunun nə ilə nəticələnəcəyini çox gözəl bilir. Odur ki, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları işdən çıxmamaq üçün direktorun tətbiq etdiyi "qayda"lara boyun əyməyə məcbur qalırlar". Fədai Hacıyevin tabeliyində çalışan işçilərə qarşı olduqca aqressiv davrandığını qeyd edən məlumatlı şəxs bildirir ki, onun Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzini gəlin mənbəyinə çevirməsi artıq Binəqədi Rayon İcra Hakimiyyətini də ciddi şəkildə narahat etməyə başlayıb: "İcra başçısı Xaləddin İsgəndərov artıq mərkəz direktoru barəsində müvafiq tədbirlərin görülməsi üçün hərəkətə keçib. Görünən odur ki, Fədai Hacıyevin əməlləri nəinki sadə vətəndaşları, həmçinin rayon rəhbərliyini də ciddi şəkildə narahat etməyə başlayıb. Bunun isə əsas səbəbi Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktorunun müəyyən maraq qarşılığında bəzi obyektlərdə yoxlamaları formal keçirməsi, bir sıra qanunsuz obyektlərdə yaşanan problemlərə və antisanitariya hallarına göz yumması olub. Bundan başqa, o, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən şadlıq evi, kafe və restoranlarda, dükan və mağazalarda, həmçinin digər ticarət obyektlərində yeri gəldi-gəlmədi yoxlamalar aparır, onlarla "razılığa" gəlməyən, yəni tələb olunan "haqqı" ödəməkdən imtina edən iş adamlarını müxtəlif bəhanələrlə cərimələyirlər. Odur ki, artıq icra başçısı bu cür hallara son verilməsi üçün Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru barəsində müvafiq ölçü götürülməsinə qərar verib".gundelik-baku.com

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.