Bakı Şəhər İcra Hakimiyyətində şok qanunsuzluqlar
7-04-2015, 14:10
Oxunub: 3 376
Bakı Şəhər İcra Hakimiyyətində ciddi qanun pozuntuları aşkarlanıb
Bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilir.
Belə ki, Bakı şəhəri ərazisində küçə reklamının yayımı sahəsində qanunvericiliyin pozulması hallarının aşkar olunmasına dair səyyar qaydada aparılan nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilməyib. Hesabat ilində Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.
Hesabatda qeyd olunur ki, reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obyektlərin uçotu aparılmayıb.
Bir neçə küçə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan prezidentinin fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) qaydaları"nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması" məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib. Ayrıca, dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eskizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib. 2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13 930 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər