BolgeXeber.Com » Analitika » "Parabank"da faizsiz komissiya fırıldaqları

"Parabank"da faizsiz komissiya fırıldaqları

20-05-2015, 17:04
Oxunub: 4 823 "Parabank"da faizsiz komissiya fırıldaqları"Parabank" ASC-nin S.Vurğun küçəsi 60 ünvanında yerləşən baş ofisində yaşanan neqativ hallarla bağlı ətraflı məlumatlar var

“Gündəlik-Bakı”ya bildirilib ki, "Parabank" faizsiz kredit adı altında müştərilərinə kələk gəlir.
Faizsiz kredit kampaniyası zamanı güzəştə getdiyi faizin əvəzini komissiya haqlarında artıqlaması ilə çıxır. ASC tərəfindən kredit verilərkən müştərilərdən yüksək məbləğdə komissiya haqqı tutulur.
"Parabank" kampaniya zamanı kredit üçün müraciət edən şəxslərə kreditlərin illik 0 faiz dərəcəsi ilə veriləcəyini bəyan ətsə də, əslində bunun əvəzində müştərilər xüsusi komissiya ödəməlidirlər. "Parabank" adi vaxtlarda nağd pul kreditini müştərilərinə 28-38 faizlə ayırır.
Faizsiz kredit kampaniyası çərçivəsində isə "Parabank"ın kreditləri faizsizdir. Əvəzində bankdan krediti 1 il müddətinə götürən müştərilər kredit məbləğinin 17 faizi, 2 illik müddətinə kredit götürənlər 28 faizi, krediti 3 il müddətinə götürənlər isə 38 faizi qədərində komissiya haqqı ödəməlidirlər.
Yəni "Parabank" ASC-dən 1000 manat krediti 1 illik götürənlər cəmi 830 manata, 2 illik götürənlər 720 manata, 3 illik götürənlər isə cəmi 620 manata sahib olacaqlar. Beləcə, kreditin müddətini və aylıq ödənişin məbləğini nəzərə alanda "Parabank"ın bu kreditləri faktiki olaraq müştərilərə 34-36 faizlə verilir.
BOLGEXEBER.COM