Cahangir Əsgərovun müdhiş saxtakarlığı
27-06-2015, 18:02
Oxunub: 5 273
AZAL-da maliyyə böhranı yaranıb
TİA.AZ xəbər verir ki, komandanın dağılacağı gözlənilir. Klub rəsmiləri bu məlumatı təkzib etsələr də, reallıq başqadır. Rəsmilər yaxın günlərdə futbolçulara olan borcun ödəniləcəyini də qeyd etmişdilər. Onu da vurğulamışdılar ki, AZAL güclü futbolçular transfer edərək, iddialı klub olacaq.
Ancaq üstündən xeyi müddət keçməsinə baxmayaraq, borclar hələ də ödənilməyib. Üstəlik, klubun vitse-prezidenti Fikrət Hüseynov bildirib ki, AZAL strategiyasını dəyişəcək. Komanda legionerlərdən tamamilə imtina edəcək və gənc futbolçulara güvənəcək.
Təbii ki, AZAL-ın belə addımı komanda.az-ın yazdıqlarının təsdiqidir. Cahangir Əsgərov müflis olduğuna görə, klub saxlamaq iqtidarında deyil. Ona görə də gənclərlə çempionatı sadəcə, yola vermək niyyəti güdürlər.
Amma AZAL-ın problemləri bununla həllini tapmır. Cahangir Əsgərovbu borcu ödəmək iqtidarında deyil. Legionerlərin isə FİFA-ya müraciət edəcəyi şəksizdi. Bu amili nəzərə alan klub rəhbərliyi saxtakarlığa hazırlaşır. AZAL da adını dəyişdirməyi planlaşdırır.
Klub rəhbərliyi məsələylə bağlı qurumun baş katibi Elxan Məmmədovla görüşüb. Görüşdə saxtakarlığın necə həyata keçiriləcəyi müzakirə olunub. Güman ki, AZAL-ın adı dəyişdirilərək "Şüvəlan" olacaq. Bununla da komanda legionerlərə olan borcdan qurtulacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər