“Müəllimlər İnstitutunun bütün filialları bağlanmalıdır”-ekspert
25-07-2015, 15:04
Oxunub: 4 547
Ətrafında xoşagəlməz söz-söhbətlər dolaşan Müəllimlər İnstitutunun bundan öncə də Gəncə filialı bağlanıb
Ötən gün prezident İlham Əliyevin qərarı Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilib.
Ətrafında xoşagəlməz söz-söhbətlər dolaşan Müəllimlər İnstitutunun bundan öncə də Gəncə filialı bağlanıb.
Hətta institutun fəaliyyətinin lazımsız olduğunu hesab edən ekspertlər təhsil müəssisəsinin tamamilə bağlanmasının vacib olduğunu hesab edirlər.
Təhsil üzrə ekspert Etibar Əliyev azvision.az-a bildirib ki, Müəllimlər İnstitutunun bəzi filiallarının da bağlanması gözlənilir.
Onun sözlərinə görə, yerdə qalan filialları da bağlamaqla Bakıda yerləşən Azərbaycan Müəllimlər İnstitutunun bazasını genişləndirmək lazımdır: “Filiallar son illərdə kadr hazırlığında effekt vermirdilər. Məqsəd odur ki, filiallar bağlansın və Azərbaycan Müəllimlər İnstitutunun əsas bazası güclənsin. Düşünürəm ki, belə olsa güclənəcək və yaxşı kadr potensialı da formalaşdırıla bilinəcək. Çünki Azərbaycan Müəllimlər İnstitutu ölkə məktəblərinə pedaqoji kadrların təminatı ilə bağlı xüsusi rol oynayır. Lakin filialların fəaliyyətində çoxsaylı qüsurlar müşahidə olunurdu”.
Ekspertin fikrincə, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlının özünə də maraqlı idi ki, həmin filiallar bağlansın.
“Çünki çıxışlarında, müsahibələrində bəlli olurdu ki, Azərbaycan Müəllimlər İnstitutunun əsas korpusu həmin filialların bağlanmasında maraqlıdır. Əslində o filiallar yaradıldıqda professor, müəllim heyəti normal formalaşa bilməmişdi. Azərbaycan Müəllimlər İnstitutunun bir neçə filialında çox ciddi korrupsiya faktları aşkar olunmuşdu. Ona görə də həmin filialların ləğv olunması doğrudur. Bununlada pedoqoji kadrların hazırlığı istiqamətində Azərbaycan Müəllimlər İnstitutunun məsuliyyəti öz üzərinə götürməsinə səbəb olacaq
Düşünürəm ki, bu filialların ləğvi Azərbaycan Müəllimlər İnstitutunun üzərinə böyük bir məsuliyyət qoyacaq və normal kadr hazırlığı həyata keçirəcəkdir”.
E.Əliyev bildirib ki, Mingəçevir Dövlət Universitetinin yaradılması bağlanan üç filialın konpensasiyası kimi başa düşülməli deyil: “Mingəçevirdə Texniki Universitet var idi, çox kiçik istiqamətlərdə mütəxəssis hazırlığı həyata keçirilirdi. Əslində onun profili genişləndirildi və həmin bölgə üçün bu universitetin yaradılması müsbət hal kimi qiymətləndirilməlidir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər