BolgeXeber.Com » Analitika » Kişilər nədən qorxur?

Kişilər nədən qorxur?

27-07-2015, 18:57
Oxunub: 4 240 Kişilər nədən qorxur?«Son dərəcə mükəmməl olmaq» - sənin həyat devizindir

Elə düşünürsən ki, həyatında hər şey yolunda gedir. Münasibətləriniz hər bir insanın həsəd aparacağı qədər gözəldir. Sən heç vaxt aza qane olmursan, hamıdan yaxşı yaşamağa çalışırsan: yaxşı, ağıllı, mehriban, varlı, uğurlu, məşhur və ən əsası güclü. Amma münasibətlərinizin bu qədər ideal davam etməsinə baxmayaraq, onu qane etməyən nəsə var. Sevgilin özünü nə qədər güclü göstərməyə çalışsa da qorxur. Gülməlidir?

Əlbəttə ki, kişilərin də münasibətdə qorxduğu hallar çoxdur. Görəsən, o nədən qorxur?

Axşam.az xarici mətbuata istinadən səbəbləri təqdim edir:
Kişilərin 40%-i qorxur…
… sevdikləri insanın aktiv və rəngarəng rəfiqələrindən, onların nizamsız şəxsi həyatlarından

Siz uzun illərdir ki, tanışsınız. Artıq bir müddətdir ki, evlənmisiniz, eyni evdə yaşayırsız. Son vaxtlar rəfiqələrin səni daha çox axtarmağa başlayır. Hələ də subay olan rəfiqələrinin sərbəst, əyləncəli həyatı var. Hər dəfə onlar sənə zəng edib, görüşmək istəyəndə, yoldaşın icazə vermir. Hətta həmin vaxt ikiniz üçün başqa planı olduğunu deyib, səni görüşdən yayındırmağa çalışır. Hər dəfə soruşanda isə «Bu hərəkətlərimin səbəbi sənə inanmamağım deyil. Rəfiqən subaydır, küçədə ona başqa oğlan yaxınlaşa bilər. Həmin an sənin də orada olmağını istəmirəm» deyib, könlünü almağa çalışır.

Maraqlı da olsa, dünyada kişilərin 40 faizi bu qorxu içərisində yaşayırlar. Cütlüklərin əksəriyyəti bu problemlə üz-üzədir: heç kim bilmir ki, «küçədə sərbəst gəzən pişik» nəyə qadirdir. O, azaddır, istədiyi oğlanla görüşə bilər, kompleksizdir. Əlbəttə, həyat yoldaşına və evinə bağlı olan rəfiqə də başqa bir qadının belə sərbəst həyatına həsəd aparacaq.

Məsləhət: Necə olmalı? Özünü artıq azad quş kimi hiss etmədiyinə onu inandırmağa çalış. Sevgilinin təlaşını isə anlayışla qarşıla. Onun səni itirməkdən qorxması pis əlamət deyil. Bu, onun səni nə dərəcədə çox sevdiyinin sübutudur. Əgər rəfiqələrinlə harasa gedirsənsə, tez-tez sevgilinə mesaj yazıb, nə etdiyini, harada olduğunu soruş. Düzdür, danışdığınız hər sözü olduğu kimi ona demək lazım deyil. Amma bəzi nüansları bölüş ki, rəfiqələrinlə birlikdə olanda nələr etdiyinizdən xəbərdar olsun. Beləcə, onun sənə etibarı daha da artar.

Kişilərin 80 % - i qorxur…
… «Biz bu haqda danışmalıyıq» cümləsindən
Sən hər dəfə problem olanda açıq-aşkar danışıb, məsələyə aydınlıq gətirmək istəyirsən. O isə susur. Ən yaxşı halda siz heç nəyə qərar vermirsiz, ən pis halda isə qarşılıqlı anlaşılmazlıq və inciklik çoxalır. Hətta hərdən söz-söhbət ağlamağa belə gətirib çıxarır. Qəribəsi də odur ki, bir neçə gün keçəndən sonra o özü məsələ ilə bağlı danışmağa başlayır.
Kişilər elə düşünürlər ki, qadınlar həmişə onları məhkəməyə çəkirlər. Ən pis halda isə göz yaşımızı araya qatırıq. Ona görə də söhbətlə məsələyə aydınlıq gətirmək təklifi heç də yaxşı çıxış yolu deyil. «Biz danışmalıyıq» ifadəsini kişilər düzgün qəbul etmirlər. Bu zaman onlar özlərini qırmızı parçaya qaçan öküz kimi təsəvvür edirlər.

Məsləhət: Şarlota Uilyams deyib: «Qadınların əlində «ağıl» deyilən çox önəmli bir silah var. Qadınlar nəyi, necə edəcəklərini çox yaxşı bilirlər». Bu gün əksər qadınlar kişi ilə bərabər hüquqları olduqlarını iddia edirlər. Amma heç biri hələ ki, bunu sübut etməyib. Qadın beyni kişilərə nisbətən çox inkişaf edir. Qadın mübahisəni istədiyi an dayandıra bilər, kişi isə yox. Əgər sevgilindən hansısa bir problemi danışaraq həll etməyi istəyirsənsə, onda beyninin yaradıcı yarımkürəsini işə sal. Bunu əsəbi şəkildə yox, daha mehriban, mülayim formada de. Birincisi, onunla müzakirə edəcəyin söhbətin nə qədər ciddi olduğunu əvvəlcədən xəbər vermə. İkincisi «keçmiş sevgilin buna sevinə bilər, amma mən…» kimi cümlələr işlətməkdən uzaq ol. Üçüncüsü, qətiyyən ağlama! Göz yaşı heç nəyi həll etmir, əksinə daha da çətinləşdirir.

Kişilərin 70 %-i qorxur…
… sevgilisinə toxunun qorxulu «yırtıcıdan»
Hərdən səhhətində problemlər olur. Əsasən də kritik günlərdə çox kefsiz olur, depressiyaya düşürsən. Həyat yoldaşının sənə yaxınlaşmasını, bir söz soruşmasını istəmirsən. Hətta hərdən ona acı söz deyib, xətrinə belə dəyirsən. Nəticədə, aranızda anlaşılmazlıq, inciklik yaranır. Bu halda özünü tənha hiss edir, həyat yoldaşını isə sənə lazımı qədər diqqət göstərməməkdə qınayırsan. Beləcə, boş yerə söz-söhbət, dava-dalaş yaranır. Sonra isə səhvini anlayıb, ondan üzr istəyirsən. Amma təəssüf ki, o, bunu qəbul etmir.

Bu yerdə qadınlara haqq qazandırmaq lazımdır. Kişilər qadınları heç anlamırlar. Amma düz edirlər. Kişilər münasibətlə bağlı ciddi söhbəti sevmirlər və ondan qaçırlar. Qadınların emosional vəziyyətlərində isə onların yanında olmağı xoşlamırlar. Həyat yoldaşın kritik günlərində sənin əhvalının necə olduğunu artıq anlayır. Elə buna görə də həmin ərəfələr səndən uzaq durmağa çalışır. Çünki sən artıq dəfələrlə onu incitmisən.
Məsləhət: Bu ərəfələr həyat yoldaşından uzaq olmağa, vəziyyətinə haqq qazandırmamağa çalış. Bu vəziyyət kişilərə təkcə pis təsir etmir, həm də onları dəhşətə gətirir. Kişilər qadının emosionallığını, özünü əzdirməyini heç vaxt qəbul etmirlər.

Kişilərin 80 %-i qorxur…
… çox ağır ayrılıq hekayəsi yaşayan qızlardan
Sevgilinlə tanış olanda sən yenicə ayrılıq yaşamışdın. Başını çiyninə qoyub, ağlayacağın birinə ehtiyacın var idi. Sən dəfələrlə ona yaşadıqların və çəkdiyin əzablar haqqında danışmısan. Onunla söhbət sənə güc verirdi. Amma o əsəbiləşib, köhnə sevgilinlə bağlı bir cümlə belə eşitmək istəmədiyini deyir. Onun üçün darıxdırıcı olduğunu düşünürsən.
Bu zaman qadında qorxu hissləri yaranmağa başlayır: bu da məndən ayrılacaq. Axı hər bir kişi sevdiyi qadınların həyatında ən rəngarəng münasibət olmağı arzulayır. Onu keçmişdəki ilə müqayisə etməyin, sənin hələ də onu unuda bilməməyin qarşındakı insana pis təsir edir. O, yaxşı başa düşür: əgər sən hələ də onun etdiklərini unutmamısansa, demək, içində keçmiş sevgilinə qarşı qığılcım var. Ani bir közərmədən həmin nifrət yenidən sevgiyə çevrilə bilər.

Məsləhət: Kişilər nə qədər gizlətməyə çalışsalar da, sevdikləri şəxsin həyatında başqa bir kişi olmasından qorxurlar. Buna görə də sevgilinə onun haqqında heç nə danışma. Hətta o özü səndən bu barədə soruşsa belə, «Onunla bağlı heç nə xatırlamıram» deyərək, söhbətdən yayın. Zəngin keçmişinlə bağlı hekayəni ona təqaüdə çıxanda danışarsan. O vaxta kimi isə yüz ölç, bir biç…

Kişilərin 90 %-i qorxur…
… qadınla eyni evdə yaşamağa başlamaqdan
Siz tanış oldunuz, bir-birinizi çox sevirsiz. Nəhayət, evlənib, bir yerdə yaşamaq qərarı verdiniz. Əvvəllər o, ailəsi ilə birlikdə, ya da tək yaşayırdı. Hər dəfə söhbət edəndə gələcək ailənizdən, evinizdən söz açırdız. Amma bir müddət sonra o evlənmək söhbətindən qaçmağa başlayır. Sənə «hər şeyi məhv etməkdən qorxduğunu» deyir.

Ən ideal, dəli kimi aşiq olan sevgili belə evlənib, azadlığını itirməyə, həyat tərzini dəyişməyə tərəddüd edir. Nə üçün belə düşündükləri isə hələ də heç kimə məlum deyil. Amma fakt faktlığında qalır. Psixoloqlar iddia edirlər ki, kişilərin bu düşüncəsi çox təhlükəli və çarəsizdir.

Məsləhət: Dərindən düşünsək, həqiqətən də kişilərin bu qorxusunun çox əhəmiyyətli olduğunu görərik. Bir tərəfdən sən onun hər gün görüşdüyü adamsan, bundan sonra isə eyni damın altında yaşayacaqsınız. Ən əsası isə o, hələ təməli yenicə qoyulan kiçik ailə kimi məsuliyyətli bir işi öz üzərinə götürəcək. Buna görə də evlilikdən söz açanda onun cavabdeh olacağı məsələlərdən çox danışma. Üstəlik əgər siz yenicə münasibət qurmusunuzsa, qətiyyən belə söhbətləri ağlından belə keçirtmə. Bu onu qorxutmaqdan başqa bir işə yaramayacaq. Onunla ailə qurduqdan sonra rahat həyatınız olacağını danışa bilərsən. Evləndikdən sonra isə ilk aylarda onun həyatında dəyişiklik etməməyə çalış. Zamanla o özü səninlə birlikdə yaşamağa, ailə qanunlarına əməl etməyə öyrəşəcək.

Kişilərin 60 %-i qorxur…
… münasibətdə qadının çox aktiv olmasından
Sən çox şənsən, aktivsən, həyatı sevirsən və hər gün gəzməyi xoşlayırsan. Bir sözlə, sənin çox rəngarəng həyat tərzin var. Elə buna görə də səninlə tanış olan oğlan münasibəti uzun müddət davam etdirmək istəmir. Sənin sevgi hekayələrin həmişə yarımçıq qalır.

Əslində, qızın ilk görüşdən çox danışması, oğlandan davamlı münasibət istəməsi güclü cinsin nümayəndələrinə mənfi təsir edir. Unutma ki, dünyada genlər nə qədər dəyişməyə başlasa da əsl kişi xasiyyətli oğlanlar da az deyil. Buna görə də əgər sən özün onun qollarına atılsan, münasibət nəinki ciddiləşməyəcək, hətta çox qısa sürəcək. Buna görə də diqqətli olmağa çalış.

Məsləhət: Hətta ən aktiv qadın belə kişi qarşısında rola girməlidir. Onun «Mən aktiv qadınları çox sevirəm. Qız gərək şən olsun ki, qarşısındakı ondan zövq alsın» kimi cümlələrinə əhəmiyyət vermə. Onun qəlbində şübhə qalmaması üçün özünü sakit və utancaq göstər. «Avropa feministikası» adına namizəd olan Qirheqora belə demişdi: «Kişinin xoşbəxtliyini - mən istəyirəm. Qadının xoşbəxtliyini isə - o istəsin».

Bolgexeber.com