BolgeXeber.Com » Analitika » Bakıda öldürülən keçmiş polislə bağlı ŞOK FAKTLAR

Bakıda öldürülən keçmiş polislə bağlı ŞOK FAKTLAR

29-08-2015, 11:12
Oxunub: 3 147 Bakıda öldürülən keçmiş polislə bağlı ŞOK FAKTLARBiznesmenə vurulan 8 güllənin gizlinləri

Avqustun 28-nə keçən gecə Nizami rayon Əzimzadə küçəsi 20 ünvanında baş vermiş dəhşətli qətl hadisəsi gündəmin əsas mövzusuna çevrilib. Çünki qətlə yetirilən 1975-ci il təvəllüdlü Nadir İbrahimov keçmiş polis işçisi olmaqla yanaşı, adı qalmaqallarda hallanan “Butastone” tikinti şirkətinin təsisçilərindən biri olub. Daha maraqlı fakt isə budur ki, qətlə yetirilən N.İbrahimov həmin şirkətdə şəriki olan Namiq Əsədovla uzun müddətdir ki, konfliktdə imiş. N.Əsədov isə bir müddət əvvəl “Beynəlxalq Bank işi” ilə əlaqədar tutulan və daha sonra sərbəst buraxılan iş adamı Nizami Piriyevin qaynıdır.

Bolgexeber.com müsavat.com-a istinadən xəbər verir ki, N.İbrahimovu həmyerlisi Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində “Makarov” tapançasından açdığı 8 güllə ilə qətlə yetirib. Respublika Prokurorluğunun məlumatında bildirilir ki, saat 01 radələrində 1982-ci il təvəllüdlü Rövşən Həsənov Nadir İbrahimovu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində “Makarov” markalı tapançadan ona 8 dəfə atəş açaraq qətlə yetirib. Bakıda öldürülən keçmiş polislə bağlı ŞOK FAKTLAR
Hadisə yerindən özünəməxsus “Lexus” markalı 10-VM-006 dövlət qeydiyyat nişanlı avtomobillə uzaqlaşarkən “Chevrolet” markalı avtomobillə toqquşub. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış R.Məmmədov xəstəxanaya yerləşdirilib. Nadir İbrahimov 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Rövşən könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə gələrək istintaqa təslim olub. O, “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.
Hadisə ilə bağlı xəbər yayıldıqdan sonra mediada qətlin motivləri ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. İlk olaraq belə iddia səslənib ki, qətl qız üstündə baş verib.

Milli.az sayt Nizami Rayon Polis İdarəsindən öyrənib ki, tərəflərdən birinin sevdiyi qızın telefonuna zəng gəlib. Telefonu qızın sevgilisi götürüb və görüş təyin ediblər. İlkin ehtimala görə, atışma da məhz elə qız üstündə mübahisədən yaranıb. Ancaq N.İbrahimovun facebook səhifəsində paylaşdığı şəkillərindən aydın olub ki, o, ailəli olub. Onun qızı ilə birlikdə fotosu da var. Üstəlik, qətlə yetirilənin qatildən 7 yaş böyük olması, həmçinin əvvəlcədən tanış və həmyerli olmaları (tam dəqiqləşdiriməmiş məlumata görə, onlar gürcüstanlıdır) qız üstündə mübahisə ehtimalını sual altına qoyur.

O zaman isə diqqətlər N.İbrahimovun biznes işlərinə yönəlib. Yuxarıda qeyd etdiyimiz kimi, qətlə yetirilən “Butastone” şirkətinin təsisçilərindən biri olub. Mətbuatda dəfələrlə adıçəkilən şirkətdə baş verən özbaşınalıqlar barədə məlumatlar yayılıb. Belə ki, həmin şirkətdə çalışan və əmək haqlarını ala bilməyən fəhlələrin bir neçə dəfə mətbuatda şikayəti dərc olunub. Bu problemlərə səbəb kimi isə şirkətin həmtəsisçiləri olan Nizami Piriyevin qaynı Namiq Əsədovla Nadir İbrahimovun arasında olan konflikt göstərilib. Namiq Əsədov işinin öhdəsindən gəlmədiyi üçün Nadiri baş direktor vəzifəsindən uzaqlaşdırıb və səlahiyyəti öz üzərinə götürüb.

Amma tərəflər arasında konflikt bundan sonra daha da qızışıb və iş məhkəməyədək gedib çıxıb. Qətlə yetirilən Nadir İbrahimov məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə tanınmış şirkətlərin birindən gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın vəsaitə həbs qoyulmasına nail olub. Ancaq məlumata görə, bir ilə yaxın sürən məhkəmə dartışması Nizami Piriyevin müdaxiləsindən sonra dayanıb.Bakıda öldürülən keçmiş polislə bağlı ŞOK FAKTLAR

Mediada hələ o zaman yayılmış məlumatlarda iddia olunurdu ki, Namiq Əsədov Nadirə yeznəsinin adı ilə psixoloji təsir göstərərək bütün məhkəmə instansiyalarını “Piriyevin yaxın adamları” olduğuna inandırıb. Sonda Nadir İbrahimov Namiq Əsədovla barışmaq məcburiyyətinə qalır.

İddialara görə, Namiq Əsədovun arxasında yeznəsi Nizami Piriyev dayanıbsa, Nadir İbrahimovu nazirliklərdən birində baş idarənin rəisi vəzifəsində çalışan Gürcüstan doğumlu bir general himayə edirmiş. Daha doğrusu, general onun qohumu imiş. Belə xəbərlər var ki, Nizami Piriyevlə Namiq Əsədov həmin generalı inandıra biliblər ki, “Butastone” şirkətindəki neqativ hallarla bağlı məlumatı mətbuata onun qohumu ötürürmüş. Və bundan sonra həmin general Nadir İbrahimova məhkəmə çəkişməsindən əl götürməyi məsləhət bilib. Bundan sonra Nadir barışmağa məcbur olur. Bakıda öldürülən keçmiş polislə bağlı ŞOK FAKTLAR

Ancaq bu barışığın üstündən iki həftə keçməmiş Namiq Əsədovun əsas dayağı olan Nizami Piriyev Beynəlxalq Bank işinə görə qəfil həbs olunur.

Xatırladaq ki, Beynəlxalq Bank işinin əsas fiqurantlarından biri də Nizami və Nəsib Piriyevlərdir. Nizami Piriyev bir müddət həbsdə qalsa da, sonradan borcunu ödəyəcəyi öhdəliyi ilə azadlığa buraxılıb. Amma bir neçə gün əvvəl məlum olub ki, oğul Piriyev Beynəlxalq Banka külli miqdarda borcu olduğu üçün İnterpol xətti ilə axtarışa verilib. Oğul Piriyevin Beynəlxalq Banka 170 milyon dollar kredit borcu olduğu iddia olunur. Qeyd edək ki, qətlə yetirilən N.İbrahimovun şəriklik etdiyi “Butastone” şirkəti Piriyevlərə məxsus “Azmeco International Finance LLC”nin tərkibinə daxildir.

İstisna deyil ki, istintaq N.İbrahimovla keçmiş şəriki arasında olan konfliktə də diqqət yetirəcək. Çünki qətlin motivi ilə bağlı yayılmış xəbər - hadisənin qız mübahisəsinə görə baş verməsi inandırıcı görünmür.
Bolgexeber.com