Universitetlər tələbələri belə aldadır
17-09-2015, 10:22
Oxunub: 4 500
"Universitetlərimizin çoxunda elmi-tədqiqatlarda aktivlik səviyyəsi çox aşağıdır. Bu səviyyəni artırmaq üçün universitetlər tədqiqatlara müəyyən vəsaitlər ayırmalı, gəncləri xarici universitetlərə elmi-tədqiqatlar üçün göndərməlidir"
Beynəlxalq təşkilatlardan biri – "QS World University Rankings" 2015/2016-cı tədris ili üçün dünya universitetlərinin reytinq siyahısını açıqlayıb. Həmin siyahıda Azərbaycandan yalnız Bakı Dövlət Universitetinin adı qeyd edilib.
Reytinqin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır.
Round University Ranking-in siyahısında BDU-nun yeri
Bundan əvvəl isə Round University Ranking dünya universitetlərinin reytinq cədvəlini açıqlamışdı. Həmin siyahıda BDU 750 universitet içərisində 656-cı yerdə idi.
Bu göstəricilərə baxmayaraq Azərbaycanda bir çox özəl və dövlət universitetləri dünyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini, tədrisin həmin universitetlərin proqramına uyğunlaşdırıldığını, xarici müəllimlərin fəaliyyət göstərdiyini bildirirlər.
Bu isə abituriyentləri həmin ali təhsil ocaqlarına maraq göstərməyə vadar edir, yeni tələbələrin cəlb edilməsinə kömək edir. Çünki xarici ölkələrdə təhsil almaq imkanı olmayan tələbələr məhz həmin universitetləri seçirlər.
Lakin təəssüf ki, bir çox hallarda universitetlər tələbələrin ümidlərini doğrultmur; təhsil səviyyəsi, universitetin imkanları tələbələrin gözlədiklərindən qat-qat aşağı səviyyədə olur. Universitetlərdə müəllim qıtlığı olan zaman hətta elmi dərəcəsi olmayanlar da universitetə müəllim kimi işə cəlb edilir. Bütün bunlar magistratura səviyyəsinə qəbul göstəricilərində də öz sübutunu tapır.
Məsələn, 2014-2015 tədris ilində magistratura səviyyəsinə qəbul planında 6 min 325 boş yer var idi. Lakin imtahan verən 23 min 47 nəfərdən yalnız 4 min 734 tələbə qəbul olub. Bu isə o deməkdir ki, 25% və ya 1591 yer boş qalıb.
Təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, bir çox universitetlərin maddi-texniki bazası, müasir təhsil vermə səviyyəsi, həmin universitetlərdə gənclərin elmə cəlb olunması çox zəifdir.
"Universitetlərimizin çoxunda elmi-tədqiqatlarda aktivlik səviyyəsi çox aşağıdır. Bu səviyyəni artırmaq üçün universitetlər tədqiqatlara müəyyən vəsaitlər ayırmalı, gəncləri xarici universitetlərə elmi-tədqiqatlar üçün göndərməlidir", - deyə Etibar Əliyev bildirib.
Etibar Əliyevin sözlərinə görə, bu səbəbdən universitetlərin vəsaitlərinin üzərində şəffaflıq olmalıdır. "Təhsilin səviyyəsini yüksəltmək üçün isə universitet gəlirinin böyük hissəsi təhsilə xərclənməlidir. Tələbələrdən əldə edilən vəsait heç də az deyil. Həmin vəsaitin çox az bir hissəsi pedaqoqların əməkhaqqlarının ödəniməsinə xərclənir, müəyyən laboratoriyalarda təkmilləşmə işləri aparılır".
O həmçinin qeyd edib ki, dövlətin ayırdığı və ödənişlərdən əldə edilən vəsait hesabına universitetlərdə keyfiyyətli dərsliklər çap olunmalıdır, informasiya-kommunikasiya imkanları genişləndirilməlidir, tələbələrin təcrübə keçməsi üçün normal şərait yaradılmalıdır.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər