BolgeXeber.Com » Analitika » Biz zəmanəyə deyil, zəmanə bizə diktə edirsə...?

Biz zəmanəyə deyil, zəmanə bizə diktə edirsə...?

17-09-2015, 20:03
Oxunub: 3 249 Biz zəmanəyə deyil, zəmanə bizə diktə edirsə...?“Çərxi-fələk istəyir lap dolana tərsinə, Əqidəmi heç nəyə dəyişmərəm mən yenə”.
Bəxtiyar Vahabzadə

Mənim AzVision. az-a ola bilər ki, yaxın gələcəkdə yalnız maqistr dərəcəsi olan şəxslərin işlə təmın olunması barədə açıqlamam və testin ləğv olunacağı ehtimalına dair səsləndirilən fikirlərə münasibətim son günlər yazılı və elektron mediada əməlli-başlı rezonans doğurmaqla yanaşı “bakalavrlara bəd xəbər”, “maraqlı fikirlər”, “fantastik təklif” kimi də “dyərləndirilib”.

Birinci açıqlamanın bəd xəbər olması kimi qəbul edilməsi ilə tamamilə razılaşıram.Bunların

maraqlı fikirlər olması kimi qiymətləndirilməsi də təbiidir. Lakin bu ehtimallar təklif deyil, nə vaxtsa reallığa çevrilə biləcəyinə dair bir siqnaldır. Mən bakalavrların bir neçə ildən sonra işə götürülməyəcəyi barədə qəti hökm verməmışəm,və bu məsələ heç mənim səlahiyyətim daxilində də deyil. Sadəcə olaraq hesab edirəm ki, cəmiyyətimiz buna doğru irəliləyir.Belə getsə, gec və ya tez bu hal baş verə bilər. Artıq indinın özündə belə nəinki, bakalavrların, hətta maqistrların əlavə kurslara, təlimlərə, treninqlərə cəlb olunmadan işə götürülməməsi halları var və bu proses getdikcə daha geniş vüsət almaqdadır.Nə qədər acınacaqlı olsa da bu bir həqiqətdir. Hər şey vəziyyətə uyğun dəyişə bilər. “Ola bilər ki, yaxın gələləcəkdə yalnız maqistr dərəcəsi olan şəxslər işlə təmın olunsun” ifadəsi hec də o anlama gəlmir ki, bakalavrlar bundan sonra ışə götürülməyəcək.Bununla belə, proseslərin bəhs etdiyim yöndə inkişaf etməsi qənaitinə gəlməyim əsaszız da deyil.

Qüvvədə olan təhsil Qanunvericiliyinə əsasən ali təhsıl bakalavriat və maqistratura olmaqla iki pilləlidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda bakalavr-bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi, maqistr-maqistraturanı bitirmiş şəxslərə verilən

ali elmi-ixtisas dərəcəsı kimi müəyyənləşdirilib.Yənı bakalavriat- müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssıs hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi ( TQ-1.0.8 ), maqistratura-ali təhsilin ikinci səviyyəsidir ( TQ-1.0.34 ). Yəqin ki, bir çox müəssisə, idarə, şirkət rəhbərləri, digər ışə götürənlər bakalavrları, yənı təhsilin birinci mərhələsini bitirənləri natamam ali təhsilli, təhsilin ikinci pilləsini bitirən maqistrları isə tam ali təhsilli mütəxəssis kimi qəbul edir və qiymətləndirirlər.

Bir də ki, axı, ışə qəbul əsasən CV-lər, müsabiqə və müsahibələr, bizə məlum olan və olmayan digər prosedurlarla həyata keçirilir. Bu mənada maqistr olduğu halda bakalavrların ışə götürülməməsi başa düşüləndir.

Digər tərəfdən istəsək də istəməsək də razılaşmalıyıq ki, biz daha çox epitet və etiketə meyliyik. Bəlkə də, bu xüsüsiyyət mentalitetimizdən irəli gəlir. Əksəriyyətimiz üçün təhsildən və peşədən dərəcə daha önəmlidir.Maqistratura isə ali təhsilin ikincı səviyyəsi olub, ali elmi-ixtisas dərəcəsi verir. Maqistr elmi fəaliyyət olduğundan bir çox idarələr tərəfindən daha aktual qəbul olunur. Halbuki, Almaniya və Yaponiya kimi olkələr məhz peşə-ixtisas səviyyəsi üzrə yüksək inkişafa nail olublar. Orta məktəblərimiz tədris planlarında cüzi dəyişıklik aparmaqla kütləvi surətdə litsey və gimnaziyalara çevrilir. Ali məktəblərdə çeşidləmə əsasında “Sabah” qrupları yaradılır, uşaq bağçalarında ingilis dili öyrədilir, kiçik yaşlı məktəblılərə informatika tədris olunur, müxtəlif tipli təlim və tədris kurslsrının sayı az qala umumtəhsil müəssisələrinin sayına çatıb.Orta statistikalı azərbaycanlı belə imkanından asılı olmayaraq cəlbedici və cəzbedici adlarla fəaliyyət göstərən bu kimi qürumlara üz tutur.Başqa sözlə biz zəmanəyə deyil, zəmanə bizə diktə edir.Bəlkə də, bu zərərli tendensiya keçicidir, hər halda realliq belədir.

Testlə bağlı fikirlərimin birmənalı qarşılanmamasına gəldikdə isə, əski xristian dini mənbəələrdə belə bir deyim var. Nəyinsə həqiqət olub-olmadığını kiməsə sübut etmək mümkünsüz dərəcədə çətindir, çünki hər kəsin öz həqiqəti var. Bu mənada, söylənilən istənilən fikirlər heç də hamı tərəfindən birmənalı qarşılanmır. Mən testlə bağlı söylənilən fikirlərə münasibət bildirmişəm və yenə də bu qənaətdəyəm ki, test “siyasətinə” yenidən baxılmalıdır.Testin hazırkı tətbiqi vəziyyəti əvvəlki ilk illərin effektini vermir.Digər tərəfdən qəbul imtahanlarının ləğv edilməsi, vahid təkpilləli imtahan sisteminə keçilməsi barədə fikirlər səsləndirilir.Boloniya prosesinə qoşulmağımızla bağlı bir çox ali məktəblərdə yazılı və şifahi imtahanlar tətbiq edilir. Bu isə orta məktəblərdə buna alışdırılmayan tələbələrin haqlı narazılığına səbəb olur. Dövlət imtahanının hesabatla əvəz olunması ideyası ortalığa atılıb və s. Məzunların yazı və nitq vərdişlərindəki problemləri, təhsilin inlişafı üzrə Dövlət Strategiyasinda universitetlərə akademik və maliyyə muxtariyyatı verilməsi barədə müddəaları və yeni tədris ilində tətbiq olunacaq və yaxın gələcəkdə tətbiq olunacağı nəzərdə tutulmuş digər yenilikləri də istisna etmək olmaz.

Yəqin, hər şey zaman-zaman öz yerini alacaq. Bəlkə, bu və bu kimi digər məsələlərin nə ilə sonunclanacağını zamanın öhdəsinə buraxaq? Amma bu şərtlə kı, belə məsələlərin həllində biz də bir pay sahibi ola bilək.
Nadir İsrafilov,təhsil eksperti
Bolgexeber.com