Ucqar kəndlərdə müəllim işləməyə gedən gənclərə problem yaradılır
21-09-2015, 15:32
Oxunub: 4 751
“Qeyd olunan məsələ ilə əlaqədar müvafiq şəhər (rayon) Icra hakimiyyətinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik”
Təhsil Nazirliyi tərəfindən rayon mərkəzlərindən uzaq məsafədə yerləşən kənd məktəblərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislərə bir sıra həvəsləndirmə tədbirləri tətbiq olunur.
Həmin tədbirlər müəllimlərə yol, əmlakın daşınması üçün nəqliyyat xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əməkhaqqının 2 (iki) misli həcmində birdəfəlik yardım, 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 60 manat məbləğində kompensasiya verilməsi, yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi, torpaq sahələrinin ayrılması, ipoteka kreditlərinin verilməsidir.
Lakin bölgələrə gedəcək müəllimlərə verilməli olan müavinətlər bir qədər gecikdirilir. Bölgələrdə işləyəcək olan müəllimlərin Modern.az-a verdiyi məlumata görə, onlara müavinətlər sentyabrda deyil, noyabr-dekabr aylarında veriləcək. Bu isə yeni işə başlayan gənc müəllimlərə problemlər yaradır. Kəndlərə getmək, yerləşmək, lazımi ərzaqların alınması, hər gün məktəbə gedib gələrkən - bir sözlə, gündəlik xərclərin qarşılanmasında onlar problemlə üzləşirlər. Müəllimlərin həmin müavinətlərin niyə belə gec verilməsini isə onlara izah edilmədiyini qeyd ediblər.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyerənməyə çalışdıq. Modern.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, yerli Təhsil şöbələri və onların tabeliyində olan təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilmir.
“Qeyd olunan məsələ ilə əlaqədar müvafiq şəhər (rayon) Icra hakimiyyətinə müraciət etməyinizi məqsədəuyğun hesab edirik”.
Qeyd edək ki, rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşən kənd məktəbində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti həmin məktəbdə davam etdirən gənc mütəxəssislər üçün isə sadalanan həvəsləndirmə tədbirləri ilə yanaşı, hər ay əməkhaqqına 100 manat da əlavə olunur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər