BolgeXeber.Com » Analitika » Cibimizə qənim kəsilən endirimlər

Cibimizə qənim kəsilən endirimlər

22-09-2015, 09:37
Oxunub: 3 268 Cibimizə qənim kəsilən endirimlərƏksər mağazaların tətbiq etdiyi endirimlər real qiymətdən baha başa gəlir

Bakıda bir çox mağazalarda yay mövsümünün başa çatması ilə əlaqədar məhsullara tətbiq oluan endirim kampaniyaları heç də bütün hallarda reallığı əks etdirmir.

Bu mağazalara üz tutan alıcıların ANS PRESS-ə verdiyi məlumata görə mağazaların üzərində yüksək faizli endirimlər olduğu yazılsa da , içəridə məhsulların əksər hissəsində endirimdən əsər-əlamət yoxdur.

Alıcı Şəlalə Məmmədkərimova deyir ki, bu gün paytaxtdakı mağazaların birində 70%-ə qədər endirimin olduğunu görərək mağazaya baş çəkib.

“Mağazada daha əvvəllər də xoşuma gələn bir ayaqqabı vardı. Onu 52 manata satırdılar. Həmin ayaqqabının üzərində 70% endirimi gördüm və çox sevindim. Düşündüm ki, həmin ayaqqabını 16-17 manata ala biləcəm. Satıcıdan qiyməti soruşduqda mənə 44 manat dedi. Həmin ayaqqabının bir neçə gün əvvəl 52 manata olduğunu dediyimdə isə satıcı dedi ki, bu ayaqqabı əvvəldən 155 manat olub. Hazırda 70% endirimlə 44 manata satılır”,-deyə alıcı Ş. Məmmədkərimova narazılığını bildirdi.

Alıcıları narahat edən digər biq məqam mağazalarda endirim tətbiq edilən malların keyfiyyətinin alıcıları qane etməməsidir.

Alıcı Gülnarə Feyziyeva da bu cür endirimlərdən narazı sakinlərdən biridir. Onun sözlərinə görə, bu endirimlər daha çox keyfiyyətsiz və görünüş cəhətdən insanı cəlb etməyən mallara tətbiq edilir.

“Mağazanın şüşəsində endirim yazısını görüb daxil oluruq. Endirim tətbiq edilən əşyaları görsəniz onların çoxunu heç pulsuz da almazsınız. Çünki endirim daha çox satılmayan məhsullara tətbiq edilir. Onlara tətbiq edilən 50-70%-lik endirim digər endirim edilməyən mağazalardan baha başa gəlir”,-deyə alıcı Gülnarə Feyziyeva dedi.

Yüksək endirimlərin olduğu bildirilən mağazalar

İqtisadçılar isə bu endirimlərin olduğu bir çox mağazalarda müştərilərin aldadıldığını deyirlər. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bu gün paytaxtda və regionlarda tətbiq edilən endirimlərin böyük bir qismi saxta endirimlərdir.

“Mağazalar saxta endirimlər tətbiq etməklə müştəriləri cəlb etməyə çalışırlar. Bu, istehlakçıların hüquqlarının pozulması halıdır. Mağazalar əgər müəyyən bir qisim mallara endirim tətbiq edirsə, həmin reklam afişalarının üzərinə “bir qisim” sözünü yazmalıdırlar. Əks halda alıcılar endirimin hansı məhsullara tətbiq edildiyini bilmədikləri üçün aldadılırlar”, -deyə V. Bayramov bildirdi.

Əslində reklam afişaları bu formada hazırlanmalıdır

Ekspert “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda boşluqlar olduğunu, adı çəkilən problemlərin qarşısının alınması üçün “Saxta endirimlər haqqında qanun” lahiyəsinin qəbul edilməsinin vacib olduğunu bildirdi.

“Əgər istehlakçı birinci dəfə aldadılarsa həmin mağazaya müəyyən məbləğdə cərimə tətbiq edilsə, bu hal ikinci dəfə təkrarlanarsa daha böyük miqdarda cərimə tətbiq edilsə, üçüncü dəfə təkrar qeydə alınarsa o zaman həmin sahibkarın fəaliyyətinə xitam verilsin və həmin sahibkar haqqında cinayət işi açılsın”. Yalnız bu yolla alıcıların aldadılmasının qarşısını almaq olar.


Bu faktlarla bağlı vaxtaşırı məlumatlar daxil olduğunu təsdiq edən İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, alıcılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və 012-498-15-01 və 012-498-15-04 şəhər nömrələrinə müraciət etsinlər.

Nazirlik sakinlərə endirim tətbiq edilən mağazalara girməzdən əvvəl bir sıra hallara diqqət yetirmələrini bildirir. Həmin hallar aşağıdakılardır:

Ümumiyyətlə Avropa ölkələrində alıcıların aldadılması hallarına demək olar ki, yox dərəcəsindədir. Buna səbəb isə həmin ölkələrdə aparılan monitorinqlər nəticəsində ciddi cəza mexanizmlərinin tətbiq edilməsidir.

Mütəxəssislərin fikrincə Azərbaycanda da bu cür neqativ halların qarşısının alınması üçün “saxta reklam qanunu” qəbul edilməlidir. Necə ki, Rusiyada endirimlərlə bağlı aldadıcı reklamlar yayan şəxslərə qarşı ciddi cəza tədbirləri və təkrarlandığı hallarda həbs belə nəzərdə tutulur.
Bolgexeber.com
Cibimizə qənim kəsilən endirimlər
Cibimizə qənim kəsilən endirimlər
Cibimizə qənim kəsilən endirimlər