BolgeXeber.Com » Analitika » Daha bir deputatın biznesi ortaya çıxdı – FAKTLARLA - ARAŞDIRMA

Daha bir deputatın biznesi ortaya çıxdı – FAKTLARLA - ARAŞDIRMA

23-09-2015, 11:52
Oxunub: 3 420 Daha bir deputatın biznesi ortaya çıxdı – FAKTLARLA - ARAŞDIRMAMilli Məclisin deputatı, yoxsa bank rəhbəri?

Uzun illərdir ki, mətbuatda bəzi deputatların müxtəlif biznes sahələrinə rəhbərlik etmələri, onların adlarının müxtəlif biznes qalmaqallarla hallanması barədə məlumatlar dolaşır. Hətta bu məlumatlar arasında biznesmen-deputatların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, müxtəlif müəssisələri ələ keçirmək istəkləri, inhisarçılıq meylləri də yer alır. Bəzən elə hallar da baş verir ki, həmin deputatların bəziləri kommersiya fəaliyyəti ilə məşğul olduqlarını gizlətmirlər, əksinə bunu açıq şəkildə bəyan edirlər.
Arqument.Az-ın araşdırmalarına görə, bu deputatlardan biri də Çingiz Əsədullayevdir. Dəfələrlə adı biznes qalmqallarında hallandırılan deputat bu məlumatları təkzib edib, amma faktlar başqa şey deyir… Yəni ortada əlahəzrət fakt var…

Milli Məclisin deputatı, yoxsa bank rəhbəri?

90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə seçilən Çingiz Əsədullayev haqqında “AGBank” ASC-nin rəsmi saytında bildirilir:
"Əsədullayev Çingiz Rauf oğlu,
Müşahidə Şurasının Sədri
25 avqust 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.
Ali təhsilini Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, “Maliyyə və kredit” fakültəsində almışdır. İqtisadçıdır.
1981-ci ildə Dövlət Bankında iqtisadçı vəzifəsində işləməyə başlamışdır.
1981-1983 illəri arasında Sovet Ordusu sıralarında hərbi xidmətini tamamlamışdır.
Ordudan tərxis olunduqdan sonra, 1983-cü ildə Dövlət Bankındakı işinə qayıdaraq, Kənd təsərrüfatının kreditləşməsi idarəsində işləməyə başlamışdır. 1984-cü ildə həmin idarədə aparıcı iqtisadçı vəzifəsində işləmişdir.
1986-cı ildə APK-nin Sənayenin kreditləşdirilməsi idarəsində aparıcı iqtisadçı və həmin il Azərbaycan SSRİ-nin Dövlət Aqrar Sənayesində iqtisadçı işləmişdir.
1987-1989-cu illərdə Azərittifaqda işləyən cənab Əsədullayev, əvvəl Plan-iqtisad idarəsində rəis müavini, sonra isə Maliyyə-iqtisad idarəsində rəis müavini vəzifələrində çalışmışdır. Bu idarənin baş iqtisadçısı olmuşdur.
1990-cı ildə Bakı Şəhər İstehlak Cəmiyyətinin Plan-iqtisad şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Həmin il Sovet-Alman MM “Nefteko”-nun icraçı direktoru olmuşdur.
Bir il sonra “Turan” SC-nin vitse-prezidenti təyin olunan cənab Əsədulayev, 1992-ci ildə “Azəriqazbank” ASC-nin İdarə Heyətinin sədri, 1997-ci ildə isə bankın Müşahidə Şurasının sədri olmuşdur.
2005-ci ildən Milli Məclisin deputatıdır.
Evlidir, 4 oğlu var.
Əlaqə nömrəsi: 1273".
(http://www.agbank.az/?/az/content/166/)
Göründüyü kimi, deputatın bank rəhbərliyində təmsil olunması açıq-aşkar göstərilir. Bundan əlavə, onun səhmlər və əqdlər bölməsində pay sahibi olduğu da qeyd olunur. Hazırda onun 23.096 faiz bankda pay sahibi olduğu rəsmi olaraq əksini tapıb. Qeyd edək ki, Çingiz Əsədullayevin rəhbərlik etdiyi və əsas payçısı olduğu “AG Bank” (“Azəriqazbank”) 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biri kimi tanınır. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir. “Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir. Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir...

Deputat həmkarı da təsdiq edib...

“Bizim aramızda iri biznes adamları var. Mənə elə gəlir ki, onlar deputat kimi öz fəaliyyətlərini səmərəli qura bilmədi. Onlar adətən susur. Bir-iki nəfər istisna olmaqla. Çingiz Əsədullayev aktivdir, sağ olsun. Qalan biznes strukturunun nümayəndələri passivdir. Bəlkə də səviyyələri olmadı, bəlkə də, siyasət aləmində tanınmadıqlarına görə utandılar danışmağa...” - bu fikirlər isə Milli Məclisin deputatı Elmira Axundovaya məxsusdur. O, bir müddət öncə modern.az saytına müsahibəsində biznesmen deputatları tənqid edərəkən belə demişdi.

Bəs qanun nə deyir?

Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Ancaq buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur. Daha bir deputatın biznesi ortaya çıxdı – FAKTLARLA - ARAŞDIRMA
Tanınmış hüquqşünas, REAL Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Arqument.Az-a açıqlamasında bildirir ki, deputatın bizneslə məşğul olması kobud qanun pozuntusudur: "Kobud pozuntudur".
"Əgər həm də səhmdardırsa" sualına isə hüquqşünas: "Səhmdar ola bilər, amma bankın idarəedici qurumlarında iştirak edə bilməz", - deyə cavab verir.
Adının çəkilməsini istəməyən digər hüquqşünasın cavabı isə maraqlıdır. Onun Arqument.Az əməkdaşının "deputat bankın Müşahidə Şurasının sədridirsə, bu kommersiya fəaliyyəti sayılır?" sualına cavabı belə oldu: “Çingiz Əsədullayevi nəzərdə tutmursunuz? Bəli, deputatın bizneslə məşğul olması qanunla qadağandır. Amma əgər söhbət Çingiz Əsədullayevdən gedirsə, ona olar...”
Əslində, gülüşlə deyilən bu ifadədə açıq ironiya hiss olunur...
Deputat Çingiz Əsədullayevlə əlaqə saxlmaq isə mümkün olmadı. Onun telefonuna dəfələrlə zəng etsək də, mövzu ilə bağlı açıqlama almaq istəyimiz baş tutmadı...

Başqa biznesmen deputatlar kimlərdir?

Milli Məclisin biznesmen deputatları kimi ən çox adları hallanan şəxslər bunlardır;
Əsabil Qasımov: “Karmen” şirkətini idarə edir. Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının saytında Ə.Qasımov “Karat Holding” şirkətinin direktoru kimi qeydiyyatdan keçib. Bu fakt şirkətdən təsdiqlədilənib. Onunla bağlı açıqlamalrın birində bildirilir ki, bu holdinq ona məxsusdur və günün çox hissəsini burada oturur.
Ərəstun Cavadov deputat olmaqla yanaşı Mərkəzi Univermağın İdarə Heyətinin sədridir. Əhməd Vəliyev də deputat olmaqla yanaşı “Odlar Yurdu” Universitetinin rektorudur. “Odlar Yurdu” özəl universitetdir. Bu baxımdan Əhməd Vəliyev biznesmen deputatlar kateqoriyasına aid edilməlidir. Həmçinin deputatlar – Nəriman Əliyev, Cavanşir Feyziyev, Xanlar Fətiyev, Malik Həsənov, Fərhad Qəribov, Rüfət Quliyev, Ülvi Quliyev də ayrı-ayrı sahələr üzrə biznes sahələrinə rəhbərlik edirlər.
Bolgexeber.com