4 nazir və 15 icra başçısı işdən çıxarılacaq – Sensasion proqnoz
23-09-2015, 12:26
Oxunub: 5 309
Astroloq Səbuhi Rəhimli seçkidən sonra baş verəcək proseslərlə bağlı ilginc və sensasiya sayıla biləcək proqnozlar verib
Parlament seçkilərinə təxminən bir aydan çox vaxt qalıb. Ölkə gündəminin əsas müzakirə mövzusu məhz seçkilər və deputatlığa iddialı olan şəxslərlə bağlıdır. Millət vəkili kürsüsündə oturmaq istəyən namizədlərin demək olar ki, hamısı bəllidir.
Bu ilki seçki marafonuna təkcə hazırki deputatlar deyil, gənclər və xanım siyasətçilər də qoşulub. İlk baxışdan seçkinin gərgin olacağı, parlamentinin tərkibinin xeyli dəyişəcəyi gözlənilir. Seçkiöncəsi irəli sürülən proqnozlar bunu deməyə əsas verir.
Seçkidən sonra yenilik gözləniləndir, amma hər şey xalqın səsindən və seçimindən aslıdır. Son sözü ilə seçicilər noyabrın 1-də deyəcəklər...
Astroloq Səbuhi Rəhimli seçkidən sonra baş verəcək proseslərlə bağlı ilginc və sensasiya sayıla biləcək proqnozlar verib.
AzVision.az-a açıqlamasında astroloq bildirib ki, bu il keçirilən parlament seçkiləri bu vaxta kimi keçirilən seçkilərdən kəskin şəkildə fərqlənəcək.
S.Rəhimlinin proqnozuna görə, seçkidən sonra siyasi meydanda yeni bir hərəkat yaranacaq. Astroloq iddia edir ki, uzun illər millət vəkili olanların 40%-i bu dəfə deputat seçilməyəcək.
S.Rəhimlin hesab edir ki, seçkidən sonra nazir ranqlı 4 vəzifəli məmur öz postunu tərk edəcək, 15-ə yaxın rayonun icra başçısı dəyişdiriləcək.
Hazırkı deputatlardan bir çoxunun yüksək vəzifələrə təyin olunacağı ilə bağlı S.Rəhimlinin verdiyi proqnozun nə dərəcə real olduğu seçkidən sonra məlum olacaq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər