BolgeXeber.Com » Analitika » Su aydınlıqdır, amma Marsda yox...

Su aydınlıqdır, amma Marsda yox...

29-10-2015, 11:35
Oxunub: 4 264 Su aydınlıqdır, amma Marsda yox...Deyirlər, Marsda su tapılıb.Deyirlər ha,amma bilmirlər ki,bu su içməlidir ,həyat üçün yararlıdır ya yox

Su tapılıbsa, deməli orada yaşamaq olar.Kim yaşayacaq orda,Yer adamlarımı?O yer adamları ki,əsrlərdir bu dünyadan nə istədiyini heç özləri də bilmir.Yer planetini dəlmə deşık edə-edə yaman günə qoyublar.Dəhşətli müharibələrlə,atom bombaları,nüvə silahları ilə Yerin başına min oyun açdıqları bəs deyil,hələ gedib Mars da da yaşamaq iddiasındadılar.

Maraqlıdır,görəsən Marsada yaşamaq doğurdan da mümükün olsaydı insanlar orda hansı inanclara inanar,hansı dinə qulluq edərdilər?Kim bilir,bəlkə oranın da öz sakinləri var.Və heç də insanların onları görməsini və narahat etməsini istəmirlər.Ona görə də heç kim onları görməyib.Yad planetli insanları nədənsə həmişə iri,qorxunc gözlü,eybəcər formada təsvir edirlər.Bəlkə onlar heç elə deyil,daha gözəl formadadırlar.Və yaxud elə o formadadırlar,amma biz onların gözünə daha qorxunc görünürük.Yəni onların nöqteyi-nəzərincə gözəl elə onlar kimi olmalıdır.Niyə onları gözəl görmək istəmirik?Bəlkə bu elə insan xudbinliyinin biri də elə budur ki,başqa planetdə yaşayanlar bizdən gözəl ola bilməz.Həm də Yer planetində məgər hamı bir-birinə bənzəyir? Gör neçə irq var.Neçə dəri rənginə məxsus insan tipi var.Bəlkə kiminsə,nə vaxtsa rastlaşdığı yad planetli onların ən kifir,hansısa irqə məxsus olan nümayəndəsidir.

Əslində, fikrimdən yayınmaq istəmirəm.Demək istədiyim mətləblər tamam başqadır.Şəxsən mən Marsda yaşasaydım,yerdəki həyat kimi həyat arzulamazdım.Və burdakı yaşam tərzinin ora da da davam etməsini heç istəməzdim.Əgər orada da insanlar vəzifə,sərvət,şöhrət uğrunda bir-birini didəcəklərsə,ora getməyə heç ehtiyac yoxdur.Bu hadısələr üçün Yer planeti ən uyğunudur.Həm də Allah insanı yaradanda onun təbiətini nəzərə alaraq onu Marsa,Veneraya,Yupiterə deyil,Məhz Yerə göndərib.Çünki əsrlərdir ki,bu acgöz insanların zülmlərinə ancaq Yer davam gətirib dayanıb.Düzdür,o da hərdən əsəbləşir,zəlzələsini,daşqınını,fırtınasını göstərir,amma yenə də bu nankor insanları öz qoynunda yedirir,yaşadır,həttda əbədi uyumağa yer də verir.

Yaxşı,belə olan surətdə insan niyə Yeri bəyənməyib,Marsa və ya başqa planetlərə can atır.Hardakı insanın hökmranlıq iddiası var,orada həyat həmişə çətin olacaq.Birdə ki, nəyə lazım bu deputatlıq iddialarını,partiya çəkişmələrini,müxtəlif çəkişmələri başqa planetlərə daşımaq.Əsrlərdir ki,insanlar müharibələrlə Yerin başına min cür oyun açıblar.İstəməzdim ki,bu müharibələri Marsa da daşısınlar.Çünki,əgər Marsda insan məskən salarsa, inanmıram ki,bir-birilə sülh və dostluq şəraitində yaşasınlar.Yaşasaydılar elə Bunu Yerdə də edərdilər.Guya başqa planetdə onların daha mərhəmətli,daha rəhimli,sevgi dolu ürəklərimi olacaq?!Həm də insanın nəfsi özü ilə şeytanı da ora aparacaqsa bu daha çətin olacaq.Çünki,əsrlərdir ki,Peyğəmbərlərin düzlüyüə,paklığa,mərhəmətə dəvət etmələrinə baxmayaraq, insan düz yola qayıda bilməyib.Çətin ki,bunlara başqa planetdə əməl edə.Odur ki,Elə olduğunuz Yerdə qalsanız yaxşıdır,Ey insanlar!

Su aydınlıqdır deyirlər.Su paklıq,təmizlik,həyatdır.Amma Marsda suyun aydınlıq olacağına nədənsə şübhəm var.Kaş elə bir qüvvə olaydı ki,Mars planeti məni eşidə biləydi. O zaman deyərdim ki,nahaq yerə suya bənzər mayeni üzə çıxarıb bu insanlara göstərmisən.Əgər o tapılan suyun qana bulaşmasını istəmirsənsə,gizlət o suyu,özü də möhkəm gizlət.
Reyhan Kənan
Bolgexeber.com