“900 qram ət qiymətinə bir qoyun!”
5-11-2015, 15:27
Oxunub: 4 858
“2014-cü ildə Rusiyadan ölkəmizə 52 min tondan artıq kartof gətirilib”
Modern.az saytının verdiyi xəbərə görə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov idxal olunan bu qədər kartofun “nişasta istehsalı üçün” xammal kimi sənədləşdirildiyini bildirib:
“Halbuki ölkədə nişasta istehsalı ilə bağlı statistik məlumat yoxdur. Bu üsulla qonşu ölkədən gətirilən kartofun idxal dəyərini 3 qəpikdən (4-sentə 2014) hesablayıblar. Həmin məhsul ölkə bazarında idxal dəyərindən 20 dəfə baha qiymətə satılıb”.
V.Məhərrəmov eyni zamanda bildirib ki, 2013-cü ildə Gürcüstandan ölkəmizə 3273,4 min dollar dəyərində 109435 baş diri iribuynuzlu ev heyvanları, 1861,2 min dollar dəyərində isə 159376 baş diri qoyunlar idxal olunub.
Ölkəyə gətirilən diri iribuynuzlu heyvanının hər biri alış, daşınma, sığorta və sair xərclərlə birlikdə 29 dollar 91 sentə, diri qoyunlar isə 11 dollar 67 sentə başa gəlib. Həmin ilin valyuta məzənnəsi ilə hesablayanda bir diri iribuynuzlu heyvanın idxal dəyəri 24 manata (3 kiliqram mal əti qiymətinə), bir diri qoyun isə 9 manata (900 qram qoyun əti qiymətinə) sənədləşdirilib”.
Ekspert hesab edir ki, həmin qoyunlar bazarda idxal dəyərindən 10-15 dəfə baha qiymətə istehlakçılara satılıb.
"Bəzi məhsulların idxal dəyəri cədvəldə göstərilib. Malın idxal dəyəri onun faktura dəyərindən əlavə daşınmasına, sığortasına, saxlanmasına, bir sözlə malın alıcıya gəlib çatmasına qədər ortaya çıxan bütün xərclər də daxil olmaqla müəyyənləşdirilir".
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər