BolgeXeber.Com » Analitika » Cahangir Hacıyev həbsdə - növbə Eldar Mahmudova çatdı

Cahangir Hacıyev həbsdə - növbə Eldar Mahmudova çatdı

7-12-2015, 10:26
Oxunub: 5 548 Cahangir Hacıyev həbsdə - növbə Eldar Mahmudova çatdıBeynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri anasının 40 mərasimindən sonra hamı ilə sağollaşaraq məhkəməyə gedib; böyük ehtimalla, sabiq MTN şefinin həbsi barədə də yaxın günlərdə qərar veriləcək...

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 9 ay sonra qandallandı. Mart ayının 18-də “səhhətində problemlərə” görə istefaya göndərildikdən sonra maliyyə xəyanətlərində suçlanan C.Hacıyev dekabrın 4-də saxlanılıb. Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirməyə çağırıblar və buradan da Nərimanov Rayon Məhkəməsinə aparıblar.

Sabiq bankir barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2 - dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 - külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir. Sabiq bank rəhbəri səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur. C.Hacıyev barədə həbs sanksiyasını şəxsın baş prokuror Zakir Qaralovun imzaladığı deyilir.

Mart ayından üzü bəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Beynəlxalq Banka borclu olan 3 minə yaxın iş adamı dindirilib, 70-dək adam haqda həbs qətimkan tədbiri seçilib, sonradan onların bəziləri azadlığa buraxılsa da, bir çoxunun ölkədən çıxmaq yasağı var. Onlardan hələ aylar öncə zəruri ifadələr alınıb ki, bu ifadələr C.Hacıyevin həbsi üçün tam yetərli idi. Beynəlxalq Bankdan götürülən və mənimsənilən kreditin məbləğinin 6-8 milyard manat olduğu deyilir. Bəzi mənbələrdə isə bunun 10 milyarda qədər çatdığı vurğulanır. İndiyədək ödənilən məbləğ isə qeyr-rəsmi məlumata görə, bu pulun yalnız iki-üç faizindən çox deyil.

“Beynəlxalq Bank işi”nə görə həbs edilənlər sırasında neft oliqarxı, “PNN Group”un təsisçisi, Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, “Globus Plaza”nın sahibi, “Avesta” Konserninin prezidenti Hacı İbrahim Nehrəmli, eks-deputat Dünyamin Xəlilov və digərləri vardı. Adları çəkilən və digər saxlanılan iş adamlarından 43-ü sonradan borcunun bir qismini qaytardığına görə sərbəst buraxılmışdı.
musavat.com