BolgeXeber.Com » Analitika » Arzu Rəhimova qarşı sənədli-sübutlu ittihamlar... - FOTOLAR

Arzu Rəhimova qarşı sənədli-sübutlu ittihamlar... - FOTOLAR

25-02-2016, 10:03
Oxunub: 4 514 Arzu Rəhimova qarşı sənədli-sübutlu ittihamlar... - FOTOLARVəzifəyə təyin olunduğunuzdan bu yana Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti göz önündədir

Vətəninfo.az bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənova Şəmkir şəhər sakini Cəfərova Məlahət Hüseyn qızının müraciətin yayımlamışdı. Bu Cəfərova Məlahət Hüseyn qızının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimova açıq məktubun yayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verən saxtakarlıqların rəsmi sənədləri yaymaqla, Arzu Rəhimovun öz postunda necə bir general olduğunu,nəzarətində olan rayon-şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərində hansı oyunların oynadığını bir daha insanlara çatdırmış olacağıq.

İndi isə Cəfərova Məlahət Hüseyn qızının Arzu Rəhimova ünvnladığı məktubu ilə tanış olun:
Arzu Rəhimova qarşı sənədli-sübutlu ittihamlar... - FOTOLAR


Cənab Rəis!

Vəzifəyə təyin olunduğunuzdan bu yana Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti göz önündədir. Belə ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin mütəmadi Sərəncamlarına əsasən gənclərin hərbi xidmətə çağırışı ardıcıllıqla və uğurlu şəkildə həyata keçirilir. Cənab Rəis, Sizi mətbuat vasitəsi ilə narahat etmək səbəbim tabeçiliyinizdə olan qurum tərəfindən uğradığımız haqsızlıqdır. "Plastaskopiya”sı olan övladım hərbi xidmətə göndərilib. Mən, Şəmkir şəhər sakini Cəfərova Məlahət Hüseyn qızı sivil azərbaycanlı ailənin evdar xanımıyam. Gözümün ağı-qarası bir oğlum var, o da orta məktəb dönəmində dərsdən sonra işləyib bizə baxırdı. Orta məktəbi bitirən kimi rayonun Hərbi Komissarlığından çağırış kağızı gəldi. Və balamı, ayağının altı düz olan (plastaskopiya), gözünün 60% görməyən və üstəlik bədən çəkisi ilə ölçüsü hərbi xidmətə yaralı olmayan övladım Milli Ordu sıralarına, üstəlik düşmənlə üzbə-üzə posta cəlb olundu. Qulluq etdiyi hərb hissədə ayağını hərbi ayaqqabı olan "botinka” yara elədiyi üçü Tibb Məntəqəsinə müraciət edən oğlum elə oradaca "su çiçəyi” xəstəliyinə yoluxur. Mənim, Müdafiə Naziri General, Polkovnik Zakir Həsənova müraciətimdən sonra uzun sürən proses nəticəsində oğlum Hərbi Qospitala yerləşdirilir. Bir müddət orada qalan övladımın komissiya nəzarətində olan müayinələrinin nəticəsi isə dəhşət vericidir. Məyərsə mənim oğlum ümumiyyətlə Hərbi Xidmətə YARARSIZ imiş. Bu sözün əsl mənasında özbaşınalıq, vəzifədən sui-istifadədir. Mənim övladım xidmətə yarasız olduğu halda aylarla təhsil və iş fəaliyyətlərindən yayındırıldı, psixoloji və fizioloji zülmlər çəkdi. Komissiyanın "Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır” qərarına əsasən Ordudan tərxis olunan övladım hazırda yaşadığı haqsızlıq travmasının əziyətini çəkir. Çağırışı həyata keçirib övladımı yararsız olduğu halda aylarla təhsil və iş fəaliyyətindən yayındıran Komissarlıq isə səhvini düzəldib təzminatı ödəməkdən boyun qaçırdır. Cənab Rəis! Sizdən bu məsələdə hüququ pozulmuş sivil vətəndaş olaraq kömək istəyirəm. Çünki Komissarqlıda səbəbkar olan hər kəs məsələni bir-birinin üstünə yıxmağa çalışır. Aylardır övladım ön cəbhədə hər gün düşmənlə üz-üzə gəlir deyə nə gecə yuxu yatırdım, nə yemək yeyirdim, sən demə balam heç qulluq üçün yararlı da deyilmiş. Balam kimin günahına cəza ödədi bilmirəm, bir tək onu bilirəm ki, pozulan hüququmun və itirilən haqqımın təzminatı ödənilməlidir, nəticədə mən bu ölkənin vətəndaşıyam və məsələmdə haqqımın bərpası naminə Dövlət Başçısından dəstək alacağıma əminəm.

Redaksiyadan: Doğurdan da Arzu Rəhimov ölkə prezidentimiz,Ali baş Komandan İlham Əliyevin əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunubsa,o zaman Arzu Rəhimov ölkə prezidentinin tələb etdiyi şəkildə insanlara xidmət etməli, Şəmkir şəhər sakini Cəfərova Məlahət Hüseyn qızının oğlunun başına gətirilən bu müsibətə cavab verməlidir.
Arzu Rəhimova qarşı sənədli-sübutlu ittihamlar... - FOTOLARArzu Rəhimova qarşı sənədli-sübutlu ittihamlar... - FOTOLAR
Arzu Rəhimova qarşı sənədli-sübutlu ittihamlar... - FOTOLAR