BolgeXeber.Com » Analitika » Türkiyədə öldürülən azərbaycanlılarla bağlı şok təfərrüatlar- Video

Türkiyədə öldürülən azərbaycanlılarla bağlı şok təfərrüatlar- Video

16-05-2012, 12:15
Oxunub: 5 641 Hadisənin 9 yaşlı şahidi nələr danışdı?

Türkiyədə ötən həftə qətlə yetirilən azərbaycanlı ana və 22 yaşlı qızının qətli ilə bağlı yeni məqamlar ortaya çıxıb. Belə ki, hadisənin şahidi olan ailənin 9 yaşlı oğlu ifadəsində “anası anamı, bacısı isə bacımı bıçaqladı” sözlərini deyib.

Hürriyət qəzetinin yazdığı məlumata görə, 17 yaşlı Tuğçe C-nin bıçaqlayaraq öldürdüyü həmyerlimiz 45 yaşlı Reyhan Nəcəfova və qızı 22 yaşlı Günay Hüseynzadə dünən vətəndə dəfn olunublar.

7 il əvvəl Azərbaycandan Türkiyəyə köçən Reyhan Nəcəfovanın qonşu ailə ilə dalaşmasına səbəb azyaşlı uşaqların anlaşmazlığı olub. Belə ki, həmyerlimiz Günay Hüseynzadə binanın həyətində 9 yaşlı qardaşının qonşuluqda yaşayan həmyaşıdı ilə dalaşdığını görüb. O, oğlanın bacısını Tuğçeni çağıraraq xəbərdarlıq edib. Daha sonra mübahisə binanın blokunda davam edib və işə uşaqların anaları Reyhan Nəcəfova və Tuğba.C də məsələyə qarışıb. Bu zaman R.Nəcəfova qonşuluqda yaşayan qadına yumruqla vurub. 17 yaşlı yeniyetmə Tuğçe buna hirslənərək üzərindəki bıçaqla R. Nəcəfova hücum edib. Anasını qan içində görən Günayın qışqırdığını görən azyaşlı Tuğçenin onu da bıçaqladığı bildirilirdi.

Lakin Reyhan Nəcəfovanın 7 yaşlı oğlu Sinan Karagül isə bildirib ki, Tuğçe ilə anası anamgillə dalaşdı. Tuğçenin anası anamın qarnını bıçaqladı, Tuğçe də bacımı boğazından bıçaqladı.

Polisə ifadə verən Tuğçenin anası Tuğba bildirib ki, qapımızı döydülər və oğlun oğlumu döyüb deyə hay-həşir saldılar. Biri saçımı tutarkən, digəri döyməyə başladı. Bir an da evdə qan damcılarını gördüm. İçəridə isə qızım donub qalmışdı.

Günay Hüseynzadə ilə evlənməyə hazırlaşan nişanlısı Cəlal Koç evlilik hazırlıqları apardıqlarını deyib: “Sevgilimi itirdim. Bu 17 yaşlı qızın edə biləcəyi cinayət deyil”.

Xatırladaq ki, qətlə yetirilən Günay Hüseynzadə yaşasaydı elə hadisə baş verən günün səhəri mayın 11-də evlənəcəkdi.