Cavid Qurbanov-Ziya Məmmədov çəkişməsi yeni müstəvidə - İLGİNC
15-03-2016, 18:08
Oxunub: 1 620
Nəqliyyat naziri Ziya Məmmədovla “Azəravtoyol”ASC -nin rəhbəri olan Cavid Qurbanov arasında gizli savaş artıq açıq müstəviyə keçib
Bizimxeber-ə daxil olan məlumata görə, Cavid Qurbanov “Azəravtoyol”ASC-nin rəhbəri olandan sonra artıq nazirlə münasibətləri daha açıq müstəviyə daşıyıb və açıq-aşkar Ziya Məmmədova qarşı çıxmağa başlayıb.
Ziya Məmmədovun mövqelərinin bir dönəm getdikcə daha da zəifləməsindən istifadə edən Cavid Qurbanov nazirlə münasibətində artıq açıq-aşkar mövqe ortaya qoymağa vadar olub. Başqa sözlə desək, nazirin tərəfində, yoxsa onun qarşısında olduğunu sübut etmək üçün seçimini gizlidən aşkara çıxarmaq məcburiyyəti qarşısında qalıb. Mövqeyini seçən Cavid Qurbanov bunu nail olaraq yeni vəzifəsinə Ziya Məmmədovun adamlarını “vurmaqla” başlayıb. Nazirin kadrları artıq bu qurumdakı vəzifələri ilə vidalaşmağa başlayıb. Ancaq bunu təqdir edənlər olduğu kimi bu hərəkətə qarşı çıxanlar da olub.
Bəzi dairələr Cavid Qurbanovun fəliyyətinin ciddiliyinə şübhə ilə yanaşdı, ancaq Qurbanovu tutduğu mövqedən çəkindirmək mümkün olmadı. Cavid Qurbanov üzərində təsir rıçaqlarını getdikcə itirən Ziya Məmmədov bu hərəkətləri özünə qarşı açıq hücum kimi qymətləndirməyə başladı. Təbii ki, bu da qarşılıqsız qalmadı və Cavid Qurbanov həm də nəqliyyat nazirinin mövqelərinin möhkəm olduğu dairlərdən kəskin etirazlarla qarşılandı. Nəticədə müvəqqəti də ola öz cəbhəsinə çəkilməyə məcbur qalan Cavid Qurbanova bəzi dairələrdə artıq ciddi xəbərdarlıq edilib. Ondan nazirə qarşı addımlara son qoyulması və tərəf müəyyən etməsi ilə bağlı bəzi dairələrdən aldığı təlimatın icrasını dayandırmaq tələb olunub.
Məlumat üçün bildirək ki, Qurbanov zaman-zaman Ziya Məmmədovun kadrı kimi tanınıb. Lakin nazirin getdikcə postunda zəifləməsi onun Ziya Məmmədova qarşı olan qüvvələlə birləməsinə zəmin yaradıb. Son zamanlar isə Ziya Məmmədovun itirilmiş mövqeərini bərpa edə bilməsə də, yeni mövqelərini itirməkdən yayına bilməsi qarşı tərəfə olan hücumunu şərtləndirib. Belə bir zamanda Cavid Qurbanovun addımlarının qarşısını alması da Ziya Məmmədovun döyüşsüz geri çəkilməyəcəyini göstərir.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər