Elşad Abdullayevlə Gülər Əhmədovanın münasibətləri haqda sensasion açıqlamalar
23-10-2012, 14:40
Oxunub: 6 241
Fransada siyasi sığınacaq alan MTN-nin xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi Ramin Nağıyev fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı Avrasiya.net-ə eksklüziv müsahibə verib.
– Son zamanlar Azərbaycan mətbuatında Fransada qaçqın statusu alan, ABU-nun sabiq rektoru Elşad Abdullayevin sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı videoroliklər yer alıb. Siz ilk dəfə 2011-ci ildə “Azadlıq” qəzetində Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı müsahibə vermişdiniz. İndi bu videoroliklər barəsində nə deyə bilərsiniz? – Həqiqətən, mən ilk dəfə bu məlumatı 2011-ci il sentyabr-noyabr aylarında mediada vermişdim. Amma 2011-ci ilin son ayında o mənimlə görüşməkdən imtina etdi, çünki o, artıq başa düşdü ki, yalanının üstü açıla bilər. Mən hesab edirəm ki, bu məsələyə son qoymaq vaxtı çatıb. – Hansı yalandan danışırsız? – Mən bu sualın cavabını verəcəm, amma indi bir məsələyə toxunmaq istəyirəm. Bu Elşad Abdullayevin necə emiqrant statusu alması və Fransa dövləti tərəfindən qorunmasıdır. Əslində bu belə deyil. Həqiqətən bir zaman Fransa onu mühafizə altında saxlayırdı. Amma sonra hər şey dəyişdi. Aşkar edildi ki, onda ikili vətəndaşlıq var. Elşad həmçinin Rusiya vətəndaşıdır və status almaq üçün sənədləri dolduranda o, ancaq Azərbaycan şəxsiyyət vəsiqəsini təqdim edib. Sonra isə o bir neçə dəfə rus pasportu ilə Moskvaya uçub, bu isə Fransa qanunları ilə qadağandı. 2011-ci il dekabrın sonunda OFFRA (bu Fransanın beynəlxalq təşkilatıdır, hansı ki, status verir) onun sənədlərini qəbul etməkdən imtina etdi. Məndə olan məlumata görə, o, bu günə gədər status almayıb və Parisdə öz hesabına ev kirayə götürüb orada yaşayır. Bunun başqa səbəbləri də var. – Deyə bilərsiz nə səbəblərdi? – Çox şey demək olar. Misal üçün, Strasburqda 2011-ci ilin yay aylarında baş vermişdi. Onun sözlərinə görə, MTN agentləri polkovnik Çovdarovun sifarişi ilə Elşadı hədələyirdilər və ondan 50 min avro istəyirdilər. Guya ki, onu Belçikaya aparıb oradan Serbiyaya və sonda Azərbaycana gətirməli idilər. Sonra məlum oldu ki, bu hamısı yalandı. Fransanın xüsusi xidmət orqanları məsələyə müdaxilə edəndən sonra aydın oldu ki, heç bir MTN agenti yoxdur, bunlar hamısı uydurmadır. Əslində bu başqa cür idi. 2009-ci ildə o, ailəsi ilə Moskvaya köçür və dərhal Fransada tanış adamları axtarmağa başlayır. Onu da deyim ki, Elşad Abdullayevin ailəsi hazırda Moskvadadır, həyat yoldaşı və oğlu. Hər ikisi Rusiya vətəndaşıdır. Niyə məhz Fransa? Cavab çox sadədir. Fransada Avropanın əsas beynəlxalq təşkilatları yerləşir, Avropa Məhkəməsi, İnterpol, UNESCO və s. Elşad hesab edirdi ki, pulun güçünə o, emiqrant statusu alacaq və Azərbaycan hökümətini Avropa Məhkəməsinə verəcək. Bakıda bir qadın dostu ona kömək edə biləcək bir adamın koordinatlarını verir. Bu Strasburqda Azərbaycan konsulluğunun bir aşpazı idi. Adı da Mehman. Sonra Elşad 2011-ci il aprel ayında rus pasportu ilə 6 aylıq Şenqen vizası alır və Çexiyadan Strasburqa qəlir. Bu aşpaz və onun oğlu (konsulluqda sürücü işləyir) və Mustafa Alınca adlı bir türk (Azərbaycan dilindən fransız dilinə tərcümə edən) Elşada bir neçə ay kömək edirlər. Ona ev tapırlar, Fransa dövlətinə təhvil edirlər, vəkil tuturlar. Elşad yalnız sənədlərin tərcüməsinə 25 min avro verir. Sonra Elşaddan 50 min avro istəyəndə o, pulu verməkdən imtina edir. Aşpaz, oğlu və türk onu hədələyəndə, Elşad Fransa xüsusi xidmət orqanlarına müraciət edir və onlara bildirir ki, onu MTN əməkdaşları hədələyirlər. Nəticədə aşpaza vətəndaşlıq verilmədi və o, Azərbaycana qayıtdı. Amma onun oğlu və türk Fransa vətəndaşları olduğuna görə, Fransada yaşayırlar. Hazırda o, türkü Avropa Məhkəməsinə verib ki, 28 min avronu qaytarsın. Yəni ki, məsələ belə olub. – Ramin müəllim, siz dediniz ki, Elşada bir qadın tanışı kömək etdi. O qadının kim olduğunu bilirsiz? – Siz yəqin ki, təəccüblənərsiz, onun adı Gülər Əhmədovadır. Amma Elşad mənə deməmişdi ki, o deputatdır. Videorolikə baxandan sonra mən başa düşdüm ki, bu kimdir. – Belə çıxır ki, Gülər Əhmədova ona kömək etmək istəyirdi, əvəzində isə Elşad Abdullayev ona bu cür “hörmət ” etdi? – Siz onun xarakterini bilmirsiz, onun üçün birinci yerdə özü, onun maraqları dayanır. Qalan şeylər onun üçün boşdur. Öz məqsədlərinə çatmaq üçün ö, ailəsindən, qohumlarından, tanış, dostundan belə keçə bilər. Elşad öz dostları vasitəsilə mənimlə tanış olur və məndən xahiş edir ki, ona kömək edim. Mən razılıq verməmişdim, çünki video və sənədlərlə tam tanış olmamışdım. Elşad dedi ki, bütün materialları etibarlı yerdə gizlədib və hissə-hissə mənə tanış olmaq üçün verəcək. O, belə izah etdi ki, Fransaya kiçik bir hissəsini gətirib, mətbuatda dərc olunandan sonra galan sənədlər və videolar Fransaya gatiriləcək. O mənim maliyyə vəziyyətimi bilirdi və vəkilimin xərcini 15 min avronu ödəməyə söz vermişdir. Lakin 2011-ci il noyabr ayında mənə mətbuatda materialların dərcini dayandırılmasını dedi. Sonra mənə məlum oldu ki, hər dəfə mətbuatda bir yazı qedəndən sonra, onun vəkili vəzifəli şəxslərin yanına gedib onları şantaj edirdi ki, qələn dəfə onlar haqqında yazı çıxmamaq üçün pul versinlər. Bunu biləndən sonra biz mübahisə etdik və mən onunla bütün əlaqələri pozdum. – Onun vəkili hansı məmurların yanına gedib? – Konkret kimin yanına qetdiyini bilmirəm. Amma onun bu missiyasını yerinə yetirənin adını qoy özü desin. Elşadda cəsarəti yoxdursa, mən onun əvəzinə deyərəm. – Siz demişdiz ki, o, vəkilin pulunu ödəmək üçün sizə söz vermişdi. Sonra isə o, bir məktubda bildirir ki, sizə hər tərəfli kömək edib və hətta cibinizə pul goyub. Siz bunu necə izah edə bilərsiz? – Artıq Elşad Abdullayevin adı mətbuatda hər gün hallanırdı, və o mənim xidmətimdən imtina etməyə qərar verdi. Və mənə bildirdi ki, hazırda pulu yoxdur. Mənə pul verdiyi həqiqətən olub. Mən Parisdən 600-700 km aralı yaşayıram və gedib, gəlmək üçün o, mənim yol pulumu, qalmaq və yemək pulunu ödəyib. Maraqlıdır ki, o, bu haqda bir söz deməyib. – Bəlkə doğrudan da Elşad Abdullayevin pulu yoxdur? – Bəlkə də onun pulu yoxdur, amma görəndə ki, o, Parisdə yaşadığı evinin kirayə pulunu ayda 700-800 avro ödəyir, sürücüsi, katibəsi, tərcüməçisi və bir neçə vəkilinə pul ödəyir, onda bütün verilən suallar yox olur. – Elşad Abdullayevin başqa yalanlardan nə deyə bilərsiz? – Çox şey demək olar. Misal üçün Avropa Məhkəməsinə fırıldaqla verilən ərizə. – Bu haqda konkret nə deyə bilərsiz? – Hələ ki, demək istəmirəm. Vaxt qələcək mən məmuniyyətlə sizinlə bölüşəcəyəm. – Elşad Abdullayev sizi qeyri-ciddi adam hesab etdiyinin deyib… – Bəlkə də o, düz edib məni qeyri-ciddi hesab edir. Hansı “ciddi” adam öz işlərini atıb 4-5 ay ərzində tanımadığı Elşad Abdullayevin işləri ilə məşqul olar? Ancaq belə “ciddi adam” prezident ailəsinə yaxın olan, qardaşının itkin düşməsini yaddan çıxardıb 6-7 il rahat yaşayıb, öz karyerasını fikirləşib, pul qazanıb və deputat olmaq istəyib. Ancaq belə “ciddi adam” hakimiyyətdən birinci universitetin qaytarılmasını, sonra isə itkin düşmüş qardaşı Mahirin tapılmasını istəyir. Ondan başqa hətta mən “qeyri-ciddi” adam onun “problemlərini” anlaya bildim. Ən əsas problem o özüdür. Mən materialları mətbuatda çap edəndən sonra poçt ünvanıma çoxlu məktub gəlirdi. Mənə göndərilən məlumatlarla Elşad Abdullayevin verdiyi məlumatlar kökündən fərqlənirdi. Mənim çıxartdığım nəticələr onun xeyrinə olmadı. – Siz hansı nəticəyə gəldiniz? – Mən müsahibə verməyə ona qörə razılıq verdim ki, buna aydınlıq gətirim. Ən əsas nəticə odur ki, ona iqtidar tərəfindən heç vaxt təzyiq olmayıb
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman