Edvard Nalbandyan: "Ermənistan Azərbaycanla danışıqlarda qərarlıdır"
5-11-2012, 22:10
Oxunub: 6 809
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Paris görüşünün məqsədləri barədə danışıb.
Bolgexeber.com-un Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Nalbandyan görüşün məqsədinin Azərbaycanı konstruktiv danışıqlar yoluna qaytarmaq olduğunu deyib.
Erməni nazir görüşün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil edildiyini xatırladıb və bildirib ki, Azərbaycan bu görüşə qədər Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətindəki bütün təklifləri rədd edib.
Nalbandyan bildirib ki, Ramil Səfərovun ekstradisiyası danışıqlar prosesinə zərbə vursa da Ermənistan bir neçə gün sonra danışıqların davam etdirilməsində qərarlı olduğunu açıqlayıb: “Əgər tərəflərdən birinin danışıqları davam etdirmək niyyəti yoxdursa, bu tərəf ancaq Azərbaycandır: Məhz bu səbəbdən də həmsədrlər yeni görüşü təşkil etdilər”.
Onun sözlərinə görə, son iki ayda beynəlxalq ictimaiyyətin mövqeyində bəzi dəyişikliklər var: “Elə bir ölkə, struktur yoxdur ki, bu addımla bağlı öz narahatlığını ən ciddi şəkildə ifadə etməsin. Dəyişməyən tək bir şey var, Ermənistan və həmsədrlərin danışıqlar prosesini davam etdirmək və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına təhrik etmək” .
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər