BolgeXeber.Com » Analitika » Nəsib Məhməliyev dövlət arxivinə də əl qoyub

Nəsib Məhməliyev dövlət arxivinə də əl qoyub

16-11-2012, 14:10
Oxunub: 5 868 Nəsiminin «xan»ı Nəsib Məhməliyevlə bağlı yeni məlumatlar; İcra başçısı Bakı Dövlət Arxivini restorana çevirib.

Səməd Vurğun küçəsi 116 ünvanda yerləşən Bakı Dövlət Arxivi restorana çevrilib.

Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Bakı Dövlət Arxivini restorana çevirən şəxs Nəsimi rayonunun icra başçısı Nəsib Məhməliyevdir. Icra başçısı hansısa üsullarla arxivin binasını ələ keçirib. Daha sonra isə onu şəxsi obyekti kimi istifadə etməyə başlayıb.

Məlumatlarda Nəsib Məhməliyevin başqa iri obyektlərinin də olduğu vurğulanır. Nümunə kimi Səməd Vurğun küçəsi 112 ünvanda, Nəsimi Icra Hakimiyyətinin inzibati binasının alt hissəsində 2 aptek və hələ təyinatı bilinməyən 2 qeyri-yaşayış sahəsini, Azərbaycan Dillər Universitetindən Bakıxanov küçəsi istiqamətində, sağda yerləşən parkda böyük şəlaləli restoranı, Bakıxanov küçəsində Türkiyə səfirliyi və Azərbaycan Universitetinin korpusu ilə üzbəüzdə yerləşən böyük “Şaurma” kafesini, Nəsimi bazarı ilə üzbəüz, Imran Qaısmov küçəsi 21 ünvanda fəaliyyət göstərən avto yuyucuları göstərmək olar.

Bundan əvvəl isə “AzeriNews.org” saytı Nəsib Məhməliyevin bəzi obyektlərinin siyahısını və fotolarını yaymışdı. Həmin siyahını və bir neçə obyektin fotosunu təqdim edirik.
1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek.
2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.
3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası.
4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modeyra” mebel salonunun binası.
5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.
6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.
7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı.
8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.
9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.
10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.
11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib.
12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları.
13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.
14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek
15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina
16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.
17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.

Məlumatlarda həmçinin iddia olunur ki, Nəsib Məhməliyev əvvəllər Rusiyada gül biznesi ilə məşğul olub. Daha sonra Balakən Dəmir Yol Vağzalının müdiri vəzifəsində çalışıb. Bu vəzifədə çalışarkən nəqliyyat naziri Ziya Məmmədovun diqqətini cəlb edib. Ziya Məmmədovla ilə sıcaq münasibəti sonda nəqliyyat nazirinin dəstəyilə icra başçısı postuna yiyələnməsilə nəticələnib.

Bir maraqlı məqamı da qeyd edək ki, Nəsib Məhməliyev əslən Balakən rayonundadır. Bu gün Balakən camaatı bir müddət əvvəl rayonda baş verən 6 bal gücündə zəlzələnin acısını çəkir. Yüzlərlə insan zəlzələ nəticəsində evsiz eşiksiz qalıb. Nəsib Məhməliyev sahibi olduğu bir obyekti satsa xeyli balakənliyə yardım edə bilər.

Bir icra başçının bu qədər var dövlətə hansı yolla sahib olmasına gəlincə, bu, artıq dövlət səviyyəsində araşdırılası məsələdir.